"Avropa qaz bazarındakı böhran gec-tez həll ediləcək"
Avropa qaz bazarındakı vəziyyət "gec -tez" sabitləşəcək.
Marja xəbər verir ki, bunu Rusiya Federasiyasının Avropa Birliyindəki Daimi Nümayəndəsi Vladimir Çijov "Financial Times" qəzetinə verdiyi müsahibəsində belə bir fikir söyləyib.
"Rusiya Prezidenti Vladimir Putin "Gazprom"a daha çox çeviklik göstərməsini tövsiyə edib. Düşünürəm ki, "Gazprom" tövsiyəni dinləyəcək", -Çijov deyib.
O, Moskvanın qazın bahalaşmasında maraqlı olmadığını bildirib, çünki bu, karbohidrogen bazarında qeyri-sabit vəziyyət yaradır.
Rus diplomat Rusiyanın qəsdən Avropada qaz çatışmazlığı törətməsi ilə bağlı ittihamları rədd edib. Eyni zamanda qeyd edib ki, Avropa Birliyinin Rusiya Federasiyasına geosiyasi rəqib kimi yanaşması Moskva ilə dialoqu asanlaşdırmır.
Çijovun sözlərinə görə, hazırda Avropada müşahidə olunan qaz problemləri riskli bir enerji siyasəti yürütməyə qərar verən Avropa Birliyinin özü tərəfindən "süni şəkildə" və "əsasən siyasi səbəblərdən qaynaqlanır".
Avropa enerji şirkətlərin spot bazarında qiymətlərin enməsini gözləyirdilər, amma əksi baş verib.
“Avropaya qaz tədarükü üçün uzunmüddətli müqavilələr tədarüklərin etibarlılığını, həcmlərin və qiymətlərin sabitliyini təmin edir. Brüssel sistemi dəyişdirmək fikrinə gəldi. Bilirik ki, bazar qaydaları bəzi hallarda faydalı ola bilər, bəzi hallarda faydasız. Vəziyyət dəyişə bilər və dəyişdi", - Çijov qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
19 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 19 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur














.jpg)





