Bank yeni konseptdə “Xalqlar Dostluğu” filialını açdı
"Yelo Bank" öz filial şəbəkəsini artırmağa davam edir.
Bankın yaydığı məlumatda bildirilir ki, yeni “Xalqlar Dostluğu” filialı da parlaq bankçılığı özündə əks etdirən filialların sırasına qatılıb “Parlaq Bankçılıq” şüarı altında həyata keçirilən dəyişikliklərdə əsas məqsəd müştərilərə göstərilən xidmət səviyyəsini artırmaq və Bankın əhatə dairəsini genişləndirməkdir.
Bəhruz Nuriyev küç. 238 ünvanında yerləşən filial öz müasir interyeri və rahatlığı ilə fərqlənir. Bankın yeni dəyərləri filialın ümumi görünüşündə və funksionallığında da öz əksini tapıb. Filialdakı bütün detallar müştərilərin ehtiyac və gözləntiləri nəzərə alınmaqla hazırlanıb.
Yeni filial konseptinin əsas məqsədi müştərilərin bankda keçirdiyi hər dəqiqəni müsbət təcrübəyə çevirməkdir. Konsept yalnız daxili təmir işləri ilə yekunlaşmır. Həmçinin əməkdaşlar da yeni Yelo dəyərlərini müştərilərə çatdıraraq onlar üçün müsbət əhval-ruhiyyə və dostluq atmosferi yaradacaq.
Qeyd edək ki, Yelo Bank yaxın zamanda daha bir neçə yeni filialı müştərilərin xidmətinə verməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
- 9 d. əvvəl
- 17 d. əvvəl
-
17 d. əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
31 d. əvvəl
"Bakı–Tbilisi–Qars istifadəyə verildi. Avropa dəmir yolu sisteminə birbaşa çıxışımız var"- AÇIQLAMA
-
1 saat əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Qeyri-neft ixracında özəl şirkətlər kəskin artım göstərib, dövlət ixracatçılarında azalma qeydə alınıb
Azərkosmos-un ixrac gəliri açıqlanıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
İyunun 3-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb






















