Lüks saatların ikinci əl bazarı 20 milyard dollara çatır
Tələbat artıb, istehsal azalıb, qazanan isə auksionlardır.Lüks saat brendlərinə tələbat pandemiyanın əvvəlindən etibarən xeyli artıb. İstehsalın azalması isə qiymətləri bir neçə qat bahalaşdırıb.
Marja bazardakı vəziyyəti qısa araşdırıb.
Elit saat brendlərində 4 əsas marka liderlik edir: Rolex, Patek Philippe, Audemars Piguet və Richard Mille. Morgan Stanley-in məlumatına görə, Rolex ötən il 810 min, Patek Philippe 53 min, Audemars 40 min, Richard Mille isə 4 min 300 ədəd saat satıb.
Məşhur markaların həm pandemiya səbəbindən, həm də bazarda çəkilərini saxlamaq üçün istehsalı azaltması daha öncə alınmış saatların təkrar (ikinci əl) satışını sürətləndirib. McKinsey-in hesablamasına görə, 2019-cu ildə ikinci əl lüks saat bazarının həcmi 18 milyard dollar təşkil edib. 2021-ci ildə bu rəqəmin 20 milyard dollara, 2025-ci ildə isə rekord - 30 milyard dollara çatacağı proqnozlaşdırılır.
Tələbin təklifi bir neçə dəfə üstələməsinə görə, əksər markaların auksion qiymətləri fantastik həddə bahalaşıb. Lüks saatların onlayn satışı ilə məşğul olan Chronext-in məlumatına görə, daha əvvəl pərakəndə satışı 35 min dollar təşkil edən Patek Philippe Ref. 5711 Green Dial modeli bu ilin iyulundakı hərracda 490 min dollara satılıb. Audemars Piguet Royal Oak 15500ST (blue dial) modelinin qiyməti 2017-ci ildən bəri 3 dəfə bahalaşıb - hazırda 55 min dollardır. Rolex Day-Date 40 modeli isə son 3 ildə 76% bahalaşıb - 50 min dollar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)






.jpg)





