Unibankda mikro kreditlərin 25%-i avtomatlaşdırılmış sistemlə ayrılır
(®) “Unibank”ın ötən aydan mikro və kiçik sahibkarların istifadəsinə verdiyi avtomatlaşdırılmış kredit sistemi biznes sahiblərinin işini xeyli asanlaşdırıb. Bank bazarında hələ ki yeni olan bu xidmət, sahibkarların zamanına xeyli qənaətə və biznes sahəsindən ayrılmadan, rahatlıqla kredit əldə etmələrinə imkan yaradır.
Biznes sahibləri tərəfindən çox yüksək dəyərləndirilən avtomatlaşdırılmış kredit sistemi, sahibkarların kredit əldə etmək üçün filiallarda vaxt itirməsinin qarşısnı alır. Bank əməkdaşı birbaşa sahibkarın obyektinə gedərək bütün məlumatları planşet vasitəsi ilə mikroportala daxil edir, məlumatlar anında bankın sisteminə ötürülür, sistem məlumatları təhlil edərək sahibkara ayrılan kredit məbləğini dərhal müəyyən edir. Üstəlik, kredit sahibkara kartla və zaminsiz ayrılır.
Xidmətin istifadəyə verildiyi ötən müddət ərzində mikro və kiçik sahibkarlara ayrılan kreditin 25%-dən çoxu avtomatlaşdırılmış sistem vasitəsilə ayrılıb. İlin sonunadək bu göstəricinin 50%-i ötməsi planlaşdırılır. Artıq “Unibank”ın bölgə filiallarında da biznes kreditlərinin avtomatlaşdırılmış sistem vasitəsilə ayrılmasına başlanılıb. Yeni sistemin sahibkarlar üçün daha bir üstünlüyü onların gələcəkdə də kredit üçün banka gəlmək zərurətini aradan qaldırmasıdır. Avtomatlaşdırılmış sistemlə ayrılan kreditlər kartla verildiyindən, sahibkar bir telefon zəngi ilə növbəti kredit istəyini bildirir və kredit məbləği avtomatik həmin karta daxil edilir. Yəni bu layihə sahibkarın istədiyi vaxtda maliyyə vəsaitinə çıxışını təmin edir, vaxt itkisinin qarşısını alır və zamin axtarmasına ehtiyac qalmır.
“Unibank”ın sərfəli biznes kreditlərindən və xidmətlərindən faydalanmaq istəyən sahibkarlar həftə içi bankın “Sumqayıt”, “Xırdalan”, “Əcəmi”, “İnşaatçılar”, “Əhmədli”, “Bakıxanov”, “Mərdəkan”, “Nərimanov”, “Neftçilər”, “Quba”, “Xaçmaz”, “Şəki”, “İsmayıllı”, “Bərdə”, “Şəmkir”, “Gəncə”, “Kəpəz”, “Tovuz”, “Mingəçevir”, “Salyan” və “Lənkəran” filiallarına müraciət edə bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://www.instagram.com/unibank.az/,https://twitter.com/unibank)əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 3 d. əvvəl
-
-
5 d. əvvəl
FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- 5 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Minik avtomobili ilə 1 km gediş üçün 8,6 qəpik ödəniləcək - Bu gündən qüvvəyə mindi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
16 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi
Toyota artıq Yaponiyanın ən dəyərli şirkəti deyil
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
BYD-nin satışları 9 aydan sonra ilk dəfə artıb
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
"Yaşıl enerji kabeli layihəsi üzərində işləyirik"
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






















