Netflix-in abunəçi sayında "Squid Game" artımı - 213 MİLYONU KEÇDİ
Qlobal internet televiziya şəbəkəsi Netflix-in abunəçilərinin sayı, 2021-ci ilin üçüncü rübündə "Squid Game" adlı seriala böyük maraq ilə əlaqədar olaraq 4,4 milyon artıb. Netflix-in dünyada cəmi abunəçi sayı 213,6 milyona çatıb.Netflix, 2021-ci ilin üçüncü rübünə dair göstəricilərini açıqlayıb.
Marja xəbər verir ki, şirkətin ilin üçüncü rübündə əldə etdiyi gəlir, keçən ilin eyni dövrü ilə müqayisədə 16% artımla 7,5 milyard dollara çatıb. Şirkətin gəliri keçən ilin eyni dövründə 6,4 milyard dollar səviyyəsində idi.
Şirkətin xalis mənfəəti isə üçüncü rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 83% artımla 1,5 milyard dollara yüksəlib. Şirkətin keçən ilin üçüncü rübündə xalis mənfəəti 790 milyon dollar olmuşdu. Netflix-in bir səhminə düşən mənfəəti 1,74 dollardan 3,19 dollara yüksəlib.
Netflix-in indiyə qədərki ən böyük televiziya şousu
Şirkətin abunəçilərinin sayı isə ilin üçüncü rübündə 4,4 milyon artaraq proqnozları üstələyib. Bu dövrdə Netflix-in abunəçilərinin sayının 3,8 milyon artması gözlənilirdi.
Netflixin dünyada cəmi abunəçilərinin sayı 213,6 milyona çatıb.
Şirkətin üçüncü rübdə abunə sayındakı artıma Cənubi Koreya istehsalı "Squid Game" serialına böyük marağın səbəb olduğu bildirilir. Netflix-in yaydığı açıqlamada 17 Sentyabrdan yayımlanan serialın, şirkətin "indiyə qədərki ən böyük televiziya şousu" olduğu qeyd edilib.
"Squid Game"in məşhurluğunun çaşdırıcı olduğuna diqqət çəkilən açıqlamada, dünyada 142 milyon ailənin serialı ilk dörd həftəsində izlədiyi və serialın 94 ölkədə Netflix-in 1 nömrəli proqramı olduğu qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)






