Azərbaycan BOKT-larının xalis mənfəəti 2 dəfəyə yaxın azalıb
Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin yanvar-sentyabr aylarını 5,6 milyon manat xalis mənfəətlə başa vurub.
Azərbaycan Mərkəzi Bankının hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,7% və yaxud təxminən 2 dəfə azdır.
9 ay ərzində BOKT-ların gəlirləri 61,9 milyon manat (illik müqayisədə 2,8% çox), xərcləri 42,9 milyon manat (10,3% çox), xüsusi ehtiyatlara ayırmaları 11,9 milyon manat (46,9% çox), mənfəət vergisi ödəmələri isə 1,5 milyon manat (44,45% az) təşkil edib.
Bu il oktyabrın 1-nə BOKT-ların aktivləri 358,9 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 8,3% çoxdur. Bunun 258,1 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 9,7% böyüyüb.
Hesabat dövründə BOKT-ların öhdəlikləri 12,7% azalaraq 208,9 milyon manata, balans kapitalı isə 2,6% artaraq 150 milyon manata çatıb.
Həmçinin oxu
Azərbaycanın bank sektorunun xalis mənfəəti azalıbTelegramda Marja.az səhifəsinə abunə olun
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
16 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






























