Monqolustanla ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş imzalandı
Oktyabrın 21-də Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında Ticarət və İqtisadi Əməkdaşlıq haqqında Saziş imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Monqolustanın xarici işlər naziri Battsetseq Batmunxiin imzalayıblar.
Sənəddə Monqolustanla iqtisadi əməkdaşlıq sahəsində müqavilə-hüquq bazasının təkmilləşdirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye, energetika, kənd təsərrüfatı, ticarət, investisiya, nəqliyyat-tranzit, turizm və s. sahələrdə əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıq imkanlarının araşdırılması nəzərdə tutulur.
Bununla əlaqədar videoformatda keçirilən tədbirdə iqtisadiyyat naziri Azərbaycan-Monqolustan siyasi-iqtisadi əlaqələrinin inkişaf etdiyini, tərəfdaşlığın inkişafında keçirilən yüksək səviyyəli görüşlərin xüsusi rolunu qeyd edib. Nazir Azərbaycanda həyata keçirilən islahatlar, əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizin yerli və xarici investisiyalar cəlb edilməklə ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində görülən işlər barədə məlumat verib.
Görüşdə 2030-cu ilədək ölkəmizin sosial-iqtisadi inkişafına dair Milli Prioritetlər diqqətə çatdırılıb, Monqolustan şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə iştiraka dəvət edilib, iş adamları arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Monqolustanın xarici işlər naziri Battsetseq Batmunxiin ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu bildirib, iqtisadi əməkdaşlığın inkişafı barədə fikirlərini bölüşüb.
Görüşdə bu gün imzalanan Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında Ticarət və İqtisadi Əməkdaşlıq haqqında Sazişin qarşlıqlı ticarət və investisiya əlaqələrinin gücləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
10 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur












.jpg)







.jpg)
