Beynəlxalq Valyuta Fondu Azərbaycanın bank sektoru ilə görüş keçirib
Beynəlxalq Valyuta Fondunun (IMF) Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı üzrə virtual missiyası çərçivəsində "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyin və onun nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun nümayəndələri ilə görüş keçirilib.
Bu barədə ABA-dan bildirilib.
Məlumata görə, görüş Dünya Bankının missiya rəhbəri Tatyana Alonso Qispertin açılış nitqi ilə başlayıb. Daha sonra ABA-nın icraçı direktoru Yunus Abdulov bank sektorundakı cari vəziyyət, bu sahədə Assosiasiyanın rolu və təşəbbüsləri barədə məlumat verib. “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun rəhbəri Tamerlan Rüstəmov isə ödəniş ekosistemi və rəqəmsal ödənişlər sahəsində həyata keçirilən islahatlar, ABA-nın rəqəmsal ödənişlər sahəsində həm yerli, həm də beynəlxalq maliyyə institutları ilə birgə irəli sürdüyü təşəbbüslərdən danışıb.
Qarşılıqlı müzakirələr və fikir mübadiləsi əsasında keçən görüşdə adı çəkilən ekspert qrupunun üzvü Zakir Xanməmmədov, eləcə də “Risklərin İdarə Edilməsi” üzrə Ekspert Qrupunun üzvü Tural Həsənov bankların rəqəmsal ödənişlər sahəsində təqdim etdiyi innovativ məhsul və xidmətlərə toxunaraq, ödəniş vasitələrindən istifadə imkanlarını açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
16 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























