Azərbaycanda kredit kartları maaş kartlarından daha çox artıb
9 ayda ödəniş kartlarının ümumi say 2 milyon ədədə yaxın artıb.Azərbaycanda ödəniş kartlarının artması 2021-ci ilin sentyabr ayında da davam edib.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, ödəniş kartlarının ümumi sayı Avqust ayının sonu ilə müqayisədə sentyabr ayı ərzində 173 min ədəd artaraq 10 milyon 429 min ədədə çatıb.
2020-ci ilin sonu ilə müqayisədə 9 ay ərzində ödəniş kartlarının ümumi say 1 milyon 199 min ədəd artıb.
Sentyabr ayında sosial kartların sayı 6 min ədəd azalaraq 3 milyon 396 min ədədə düşüb. Əməkhaqqı kartlarının sayı 9 min ədəd artaraq 2 milyon 606 min ədədə, sosial və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı 141 min ədəd artaraq 3 milyon 124 min ədədə, kredit kartlarının sayı isə 28 min ədəd artaraq 1 milyon 303 min ədədə çatıb.
Cari ilin 9 ayı ərzində (yanvar-sentyabr dövründə) sosial kartların sayı 47 min ədəd azalıb, əməkhaqqı kartlarının sayı 105 min ədəd, sosial və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı 931 min ədəd, kredit kartlarının sayı isə 210 min ədəd artıb.
Qeyd edək ki, 2020-ci il ərzində cəmi ödəniş kartlarının sayı 1 milyon 964 min ədəd artmışdır. 2019-cu ilin sonunda cəmi ödəniş kartlarının sayı 7 milyon 266 min ədəd təşkil etmişdi.
2020-ci il ərzində sosial kartların sayı 1 milyon 60 min ədəd, əməkhaqqı kartlarının sayı 185 min ədəd, digər debet kartlarının sayı 424 min ədəd, kredit kartlarının sayı isə 210 min ədəd artmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
16 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)




