Aqrar Sığorta Fondu və Qərbi Kaspi Universiteti əməkdaşlığa başlayır – MEMORANDUM İMZALANDI
Azərbaycanda ilk dəfə olaraq dövlət dəstəyi ilə müasir aqrar sığorta mexanizminin tətbiqini həyata keçirən Aqrar Sığorta Fondu və ölkənin aparıcı ali təhsil müəssisələrindən olan Qərbi Kaspi Universiteti arasında təcrübə proqramları sahəsində əməkdaşlıq barədə memorandum imzalanıb.
Qərbi Kaspi Universitetinin rektor əvəzi Zenfira Məmmədova və Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqovun imzaladığı memorandum Universitet və Fond arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutur.
Sənədə əsasən qurumlar Universitetin müəllim və tələbələri arasında elmi-praktik məlumatların inkişafının təmin edilməsində, sosial məsuliyyəti layihələrinin icrası, menecment, sığorta işi və aqrar sığorta sahəsində birgə tədbirlərin təşkil edilməsində əməkdaşlıq edəcəklər.
Bundan başqa, universitetin tələbələri kənd təsərrüfatı və aqrar sığorta sahələri, bu sahələr üzrə həyata keçirilən işlərlə bağlı ətraflı bilik-məlumat alacaq, faydalı təcrübə proqramlarına qatılacaqlar.
Memoranduma əsasən, Qərbi Kaspi Universitetinin müvafiq ixtisaslarda təhsil alan tələbələrinin Aqrar Sığorta Fondunda təcrübə keçməsi, sözügedən sahələrdəki müasir dünya təcrübəsi ilə tanışlığı nəzərdə tutulur.
Burada tələbələrə tədris ili ərzində istehsalat təcrübəsinin, yay təcrübə proqramlarının keçirilməsi və sertifikatın verilməsi, eləcə də, təhsil müəssisəsini bitirmiş məzunların və xüsusi istedadlı tələbələrin Aqrar sığorta sistemində (Aqrar Sığorta Fondu və sistemin üzvü olan şirkətlərdə) işlə təmin edilməsi aiddir.
Eləcə də, tərəflərin nümayəndələrinin iştirakı ilə birgə layihə və tədqiqatların həyata keçirilməsi, konfransların, təlimlərin və seminarların təşkil edilməsi və ictimai əhəmiyyət kəsb edən təşəbbüslərin birgə dəstəklənməsi nəzərdə tuulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
10 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)


.jpg)
