Rumıniyada 66-cı “SOCAR” istifadəyə verildi
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyada daha bir yanacaqdoldurma məntəqəsi (YDM) fəaliyyətə başlayıb.
SOCAR-ın yaydığı məlumata görə, “SOCAR" brendli yeni yanacaqdoldurma məntəqəsi Rumıniyanın şimalında, ölkənin Ukrayna və Moldova ilə sərhəddindəki Suceava regionundadır. Sözügedən məntəqə bu regionda müştərilərin ixtiyarına verilən 7-ci, ümumilikdə isə Rumıniya ərazisində istifadəyə verilmiş 66-cı “SOCAR” brendli YDM-dir.
Yeni məntəqədə quraşdırılmış 3 sayğac eyni anda 4 kiçik və 2 böyük avtonəqliyyat vasitələrinin yanacaqla təmin olunmasına imkan verir. Məntəqədə “NANO 95” və “NANO 98” (benzin), “NANO Dizel” və “NANO Super Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçirilir. Bundan başqa YDM maye qaz (LPG) və “Adblue” (dizel mühərriklərinin iş prosesi zamanı atmosferə atılan zərərli azot oksidinin azaldılması məqsədilə istifadə olunur) yanacaqları ilə də təchiz edilmişdir. Məntəqədə 2 avtoyuma və elektromobillər üçün şarj aparatı da quraşdırılıb. Digər YDM-də olduğu kimi SOCAR müştəriləri və qonaqlar bu məntəqədə də təkərlərin doldurulması, internet, telefonların enerji ilə doldurulması kimi pulsuz xidmətlərdən də istifadə edə bilərlər.
Məntəqədəki "Nar" kafedə yerli və Azərbaycandan gətirilmiş məhsulların satışı həyata keçirilməkdədir. SOCAR-ın Rumıniyadakı bütün məntəqələrində “Azərbaycan guşəsi” yaradılıb. Eləcə də məntəqələrdə quraşdırılan monitorlarda mütəmadi olaraq Azərbaycanın təbliği istiqamətində video-çarxlar da nümayiş olunur.
Hazırda SOCAR Rumıniyanın 26 regionunda 66 “SOCAR” brendli yanacaqdoldurma məntəqəsinə malikdir. Şirkət tərəfindən qəbul edilən strateti plana uyğun olaraq qarşıdakı illərdə də SOCAR Rumıniyada yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməkdə davam edəcək.
Xatırladaq ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildə yaradılmış “SOCAR Petroleum SA” şirkəti vasitəsi ilə həyata keçirir.
Müştərilərin xəbərləri
ABB istiqrazlarına abunə yazılışı başa çatıb - Sifarişlər təklifi 5 dəfə üstələyib, 503 fiziki şəxs əldə edib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
2 saat əvvəl
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
-
2 saat əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb
-
-
2 saat əvvəl
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
- 2 saat əvvəl
-
3 saat əvvəl
Avropa Mərkəzi Bankı İran müharibəsi fonunda faizlərini dəyişmədi
- 3 saat əvvəl
-
3 saat əvvəl
ABB istiqrazlarına sifarişlərin 97%-i tətbiq üzərindən edilib
-
4 saat əvvəl
Bankın 10 milyon manatlıq istiqrazlarına 503 investordan 587 sifariş
-
4 saat əvvəl
Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Avropa Mərkəzi Bankı İran müharibəsi fonunda faizlərini dəyişmədi
ABB istiqrazlarına sifarişlərin 97%-i tətbiq üzərindən edilib
Bankın 10 milyon manatlıq istiqrazlarına 503 investordan 587 sifariş
Ən çox oxunanlar
ABB istiqrazlarına abunə yazılışı başa çatıb - Sifarişlər təklifi 5 dəfə üstələyib, 503 fiziki şəxs əldə edib
Dolların 31 Mart üçün rəsmi məzənnəsi müəyyən olunub
Lizinq şirkətinin 15 % gəir təklif edən istiqrazlarına abunə yazılışı başlayır - TARİX
ABB-eSİM xidməti istifadəyə verildi!
İsveçrə Mərkəzi Bankı faiz dərəcəsini “sıfır”da saxladı
"Premium Bank" şəhid övladları və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir təşkil edib




















