Ən iri kofe şəbəkəsi maaşları artıracaq
Rüblük və illik mənfəətdə 300%-dən çox artım....Amerikan transmilli kofe şəbəkəsi, dünyanın ən iri kofe restoranları şirkəti Starbucks Corporation (qısaca Starbucks) gələn ildən işçilərin əmək haqqına artım edəcək.
Marja xəbər verir ki, bu barədə şirkətin cari ilin 3-cü rübünə (fiskal 4-cü rübə) aid maliyyə hesabatında açıqlama edilib.
Son rübdə Starbucks-ın ABŞ-dan sonra ikinci ən iri bazarı olan Çində (5360 mağaza) 7% azalmaya baxmayaraq, Şimali Amerika və digər bazarlar hesabına satışlar 31% artıb və 8,1 milyard dollar təşkil edib. İllik gəlir isə 24%-ə yaxın artıb - 29 milyard dollar.
Şirkətin rüblük xalis mənfəəti (1 milyard 764 milyon dollar) 349%, illik mənfəət (4 milyard 199 milyon dollar) isə 352%-dən çox artıb.
Starbucks rüb ərzində 538 yeni mağaza açaraq, kofe məntəqələrinin sayını 33 833-ə çatdırıb. Bunlardan 51%-i özü idarə etdiyi, 49%-i isə lisenziya əsasında işləyən mağazalardır.
Starbucks növbəti il üzrə proqnozlarını da açıqlayaraq, işçilərin əmək haqqını da qaldıracağını bildirib. Belə ki, gələn ilin yanvarından ABŞ-da 2 və daha artıq il xidmət göstərən pərakəndə tərəfdaşların maaşı 10%-ə qədər artacaq. Saat hesabı çalışanlar isə 1 saatına orta hesabla 17 dollar, barmenlər 15-23 dollar qazanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)
.jpg)





.jpg)







