Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı
Mərkəzi Bank 0,50 bənd faiz artırdı.Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti, uçot dərəcəsinin 6.50%-dən 7%-ə artırılması, dəhlizin aşağı həddinin 6%, yuxarı həddinin 8% səviyyəsində müəyyən edilməsi barədə qərar qəbul edib.
Marja xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Mərkəzi Bank 2021-ci ildə 2-ci dəfədir faiz artırırb. Belə ki, Bankın İdarə Heyəti Sentyabr ayındauçot dərəcəsinin 6.25%-dən 6.5%-ə, dəhlizin aşağı həddinin 5.75%-dən 6%-ə, yuxarı həddinin isə 6.75%-dən 7%-ə yüksəldilməsi barədə qərar qəbul etmişdir.
2021-ci ilin əvvəlindən illik inflyasiyanın yüksəlməsi Mərkəzi Bankı faiz artırmağa məcbur edir.
"Uçot dərəcəsinin artırılmasına dair qərar iqtisadiyyatda inflyasiya təzyiqinin qalması, ona təyiq gösrən amillərin təsirinin dayanıqlılığı, dünya bazarlarında qiymətlərin artımı, ticarət tərəfdaşlı ölkələrində yüksək infyasiya səviyyəsi və yüksələn invflyasiya gözləntilərinin yüksəlməsi əsasında qəbul edilmişdir", - Mərkəzi Bankın sədri bildirib.
Dünya əmtəə bazarlarında və tərəfdaş ölkələrdə qiymətlərin yüksəlməsi ilə idxal olunan əmtəələrin maya dəyərinin artması, pandemiya ilə bağlı istehsal və logistika zəncirində yaranmış problemlər, məcmu tələbin təkliflə müqayisədə daha sürətlə genişlənməsi risk balansında inflyasiya artırıcı amillər kimi çıxış edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)




