Türkiyə Banklar Birliyinin İdarə Heyətinin Sədri Azərbaycanda işgüzar səfərdə olub
Türkiyə Banklar Birliyinin və Türkiyə Ziraat Bankı-nın idarə heyətinin sədri Alpaslan Çakar Azərbaycanda işgüzar səfərdə olub.
Səfər çərçivəsində cənab sədr Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Mərkəzi Bankın idarə heyətinin sədri Dr.Elman Rüstəmov və Banklar Asosiasiyasının rəyasət heyətinin sədri Zakir Nuriyev ilə görüşlər keçirib.
İşgüzar səfərin əsas məqsədi, Azərbaycan-Türkiyə iqtisadi münasibətlərinin, ticarət, investisiya əlaqələrinin gücləndirilməsi və banklar arasında tərəfdaşlığın genişləndirilməsi, həmçinin bu işlərin gerçəkləşməsi üçün lazımi addımların atılmasına dair fikir mübadiləsinin aparılması idi.
Qeyd edək ki, Alpaslan Çakar həmçinin Ziraat Bank Azərbaycanın müşahidə şurasının sədri Dr.İlker Met, müşahidə şurasının üzvü Kemallettin Bayat və idarə heyətinin sədri Dr.Selçuk Demir ilə görüşərək bankın komandası və fəaliyyəti ilə detallı şəkildə tanış olmuşdur.
Türkiyə Ziraat Bankı Ziraat Bank Azərbaycanın 99% səhm payına sahib əsas səhmdarıdır. “Ziraat Bank Azərbaycan” ASC noyabr ayında 158 illik tarixini qeyd edəcək Türkiyənin Ziraat Maliyyə Qrupuna daxildir.
Ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində hazırda ümumi 6 filialı mövcuddur, yaxın günlərdə 7-ci filialının açılışı gözlənilir. Qeyd edək ki, Ziraat Bank Azərbaycan tərəfindən təqdim edilən məlumata əsasən bank gələcəkdə filial şəbəkəsinin genişləndirilməsini planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
10 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur












.jpg)









