"Dünyada aclığının öhdəsindən gəlməyə kömək edərsə, Tesla səhmlərini satacam"
Amerikalı sahibkar İlon Mask (Elon Musk), əgər dünyada aclıq probleminin öhdəsindən gəlməyə kömək edərsə, Tesla şirkətinin səhmlərini satmağa hazır olduğunu bildirib.
Marja xəbər verir ki, o, BMT-nin Ümumdünya Ərzaq Proqramının (WFP) rəhbəri Devid Bislinin sözlərinə cavab olaraq bazar günü öz "Twitter" səhifəsində müvafiq yazı dərc edib.
Devid Bisli, İlon Maska və Amazon-un qurucusu Ceff Bezosa üz tutaraq "Cəmi 6,6 milyard dollara 42 milyon insanı aclıqdan xilas etməkdə bizə kömək edin", - bildirmişdi.
Bislinin sözlərinə görə, Mask cəmi bir gündə şirkətlərinin səhmlərinin artımından 6 milyard dollar qazanıb: "Bu, fəlakətin qarşısını almaq üçün lazım olan qədərdir" .
Bazar günü İlon Mask Devid Bislinin çağırışına cavab verib: "Əgər WFP Twitter-də bu elanın altında 6 milyard dolların qlobal aclığın öhdəsindən gəlməyə necə kömək edəcəyini izah etsə, mən dərhal Tesla səhmlərini satıb bunu edəcəm".
Eyni zamanda, o vurğulayıb ki, hesabat açıq mənbələrdə aparılmalıdır ki, “insanlar vəsaitlərin necə bölüşdürüldüyünü dəqiq görə bilsinlər”.
İyulun sonunda Ümumdünya Ərzaq Proqramı və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) hesabat yayıb ki, bu ilin avqustundan noyabr ayına kimi dünyanın 28 dövlətində ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyətin pisləşməsi baş verə bilər. Bu dövlətlər siyahısında Əfqanıstan, Haiti, Şimali Koreya, Kolumbiya, Myanma, Nigeriya, Suriya və Afrika, Yaxın Şərq və Mərkəzi Amerikanın bir sıra ölkələri yer alır.
Sənədə əsasən, 2020-ci ildə dünyada 155 milyona yaxın insan kəskin ərzaq təhlükəsizliyi problemi ilə üzləşib: bu, 2019-cu illə müqayisədə 20 milyon nəfər çoxdur. Bildirilib ki, hazırda 41 milyondan çox insan təcili yardıma ehtiyacı var.
Forbes jurnalının məlumatına görə, İlon Mask dünyanın ən varlı adamları siyahısına başçılıq edir, onun sərvəti 292,6 milyard dollardan çoxdur. Bloomberg agentliyi isə öz növbəsində Maskın aktivlərinin ümumi dəyərini 311 milyard dollardan çox qiymətləndirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
7 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
-
39 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin son qiyməti
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub




















