“Finex Kredit” BOKT Azərbaycan Mikromaliyyə Assosiasiyasının Müşahidə Şurasında təmsil olundu
29 oktyabr tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İllik Ümumi Yığıncağı keçirilmişdir. Yığıncaqda AMFA-nın Müşahidə Şurasının və Nəzarət-Təftiş Komissiyasının tərkibi yenilənmişdir.
Müşahidə Şurası 7 təşkilatla təmsil olunmuşdur. Onların sırasına “Finex Kredit” Bank Olmayan Kredit Təşkilatı da daxil olmuşdur. Təşkilatı BOKT-nın İdarə Heyətinin Sədri Rəşad Qasımov təmsil edəcək.
“Finex Kredit” Bank Olmayan Kredit Təşkilatı 2013-cü ildən fəaliyyət göstərir. Azərbaycan maliyyə bazarında korporativ qiymətli kağızlar, orta və kiçik sahibkarlığın və fiziki şəxslərin kreditləşməsi üzrə aktiv aktiv iştirakçıdır.
“Finex Kredit” BOKT öz fəaliyyətini müasir standartlara uyğun, şəffaf tərəfdaşlıq prinsipləri əsasında quraraq dövlət qurumları və fondları ilə geniş əməkdaşlıq edir. Şirkətin rəsmi auditoru isə RSM-Azərbaycan beynəlxalq audit şirkətidir. Təşkilatın ölkə üzrə səkkiz satış nöqtəsi mövcuddur. Azərbaycan Mikromaliyyə Assosiasiyasının Müşahidə Şurasında yerli kredit bazarının aktivləşməsi, effektivlik səviyyəsinin artırılması, əhatə dairəsinin genişləndirilməsi və digər istiqamətlər üzrə işlərin daha da fəal şəkildə aparılması planlaşdırılır.
AMFA-nın Müşahidə Şurası aşağıdakı təşkilatlarla təmsil olunmuşdur:
“PAŞA Bank” ASC;
“Muğanbank” ASC;
BOKT "İnkişaf üçün Maliyyə" MMC;
BOKT “Aqrarkredit” QSC;
BOKT “FİNCA Azerbaijan” MMC;
BOKT “Viator Mikrokredit Azərbaycan” MMC;
BOKT “Finex Kredit” ASC.
Azərbaycan Mikromaliyyə Assosiasiyası 2004-cü ildən Ədliyyə Nazirliyində qeydiyyata alınmış ictimai birlik olaraq biznes assosiasiyası kimi fəaliyyət göstərir.
AMFA Azərbaycanda mikromaliyyə institutlarının potensial imkanlarının gücləndirilməsi və mikromaliyyə birliyinin və onun müştərilərinin maraqlarının təmin olunması üçün effektiv birgə fəaliyyətin təşviq edilməsi missiyasına xidmət edir. Son 20 il ərzində ölkədə olan mikromaliyyə təşkilarının sayı artaraq mikromaliyyə sektorunu iqtisadi inkişaf prosesində əsas iştirakçılardan birinə çevirmişdir. Hazırda maliyyə bazarında 53 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




