ABB-nin Müşahidə Şurası və İdarə Heyətinin birgə görüşü olub - 2 YENİ ÜZV
ABB-nin Müşahidə Şurasının yeni tərkibdə ilk görüşü olub. İdarə Heyəti ilə birgə keçirilən görüşdə Müşahidə Şurasının sədri Şahmar Mövsümov Şuranın iki yeni üzvünü - Mətin Eynullayevi və Fəxri İsmayılovu təqdim edib.
Bankın yaydığı məlumata görə, görüşdə Müşahidə Şurasının keçmiş üzvləri Rüstəm Şahbazov və Səidə Bayramova da iştirak edib. Şuranın sədri onlara təşəkkürünü bildirib, sabiq üzvlərə illər ərzində göstərdikləri səmərəli fəaliyyətə görə ABB adından plaket təqdim edilib.
Daha sonra Müşahidə Şurasının üzvlərinə “ABB-nin korporativ kimliyi” təqdimatı edilib və Bankın fəaliyyətinə həsr edilmiş video çarxlar nümayiş etdirilib.
Xatırladaq ki, ABB ASC-nin səhmdarlarının 25 oktyabr 2021-ci il tarixində keçirilmiş növdəbənkənar ümumi yığıncağında ABB-nin Müşahidə Şurasının tərkibi yenidən formalaşdırılıb. Şahmar Mövsümov, Emin Hüseynov, Xalid Əhədov, Mətin Eynullayev, Fəxri İsmayılov ABB-nin Müşahidə Şurasının üzvləri seçilib. ABB səhmdarlarının ümumi yığıncağında Şahmar Mövsümov yenidən Bankın Müşahidə Şurasının sədri təyin edilib. Yığıncaqda ABB-nin İdarə Heyəti sədrinin təyinatı məsələsinə də baxılıb. Abbas İbrahimov yenidən Bankın İdarə Heyətinin sədri təyin edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























