"Artan inflyasiya qlobal iqtisadi bərpaya dair optimizmi bir az azaldıb"
Moody's, Türkiyə iqtisadiyyatı üçün 2021-ci il artım proqnozunu 6%-dən 9,2%-ə yükəldib.Qlonbal reytinq agentliyi "Moody's", "Qlobal Makro Proqnozlar 2022-23" başlıqlı hesabatının Noyabr sayını yayımlayıb.
Marja xəbər verir ki, hesabatda, gözləniləndən daha zəif olan iqtisadi artım trendinin və artan inflyasiyanın qlobal iqtisadi bərpaya dair optimizmi bir az azaltdığı qeyd edilib.
Gələn il Covid-19 pandemiyası, tədarük zənciri və işçi qüvvəsi üzrə çətinliklərin azalmasının gözlənildiyinə yer verilən hesabatda, bunun qlobal iqtisadiyyatın 2023-cü ilə qədər sabit bir böyümə mərhələsinə daxil olmasına imkan verəcəyi nəzərdə tutulub.
Hesabatda, keçən il 3,2% azalan G20 iqtisadiyyatlarının 2021-ci ildə 5,8%, 2022-ci ildə 4,4% və 2023-cü ildə 3,2% böyüməsinin təxmin edildiyi qeyd edilib.
Moody's hesabatında, ABŞ, Kanada, Almaniya, Yaponiya, İngiltərə və Çin iqtisadiyyatları üçün 2021-ci il iqtisaqdi artım proqnozlarını iyundan bu yana gözləniləndən daha zəif məlumatlar səbəbilə azaldıb, Türkiyə, Cənubi Afrika, Rusiya və Səudiyyə Ərəbistanı üçün iqtisadi artım proqnozlarını yüksəldib.
Hesabatda, G20-nin inkişaf etmiş iqtisadiyyatlarının 2021-ci ildə 4,9% və 2022-ci ildə 4,2% böyüyəcəyinin təxmin edildiyi qeyd edilib.
İnkişaf etməkdə olan iqtisadiyyatların da bu il 7,3% böyüməsinin nəzərdə tutulduğu qeyd edilən hesabatda, bu ölkələrin böyümə performansının 2022-ci ildə 4,8%-ə düşəcəyi bildirilib.
Hesabatda, Türkiyə iqtisadiyyatının 2021-ci ildə 9,2% artmasının gözlənildiyi bildirilib. Moody's sentyabr ayında dərc etdiyi hesabatda Türkiyə iqtisadiyyatının 2021-də 6% artacağını nəzərdə tutmuşdu.
Türkiyə iqtisadiyyatının 2022-ci ilə dair artım proqnozunu 3,6%-dən 4,8%-ə qaldırılan hesabatda, ölkə iqtisadiyyatının 2023-də 5% böyüyəcəyi təxmin edilir.
Hesabatda, "pul və kredit genişləməsi ilə yüksək likvidlik dəstəyinin Türkiyənin iqtisadi bərpasını dəstəkləməyə davam etdiyinə" yer verilib.
Türkiyədə inflyasiya nisbətinin isə bu il 19%-ə və gələn il 16,4%-ə düşəcəyi təxmin edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)






