Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

BNA qanunsuz parkinqlərlə bağlı aidiyyəti qurumları əməkdaşlığa dəvət edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
BNA qanunsuz parkinqlərlə bağlı aidiyyəti qurumları əməkdaşlığa dəvət edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Cari ilin ötən dövründə Bakı Nəqliyyat Agentliyi (BNA) təqdim etdiyi layihə əsasında 25 küçə və prospektdə səkilər yenidən standarta uyğun qurulub.

BNA-dan verilən məlumatra görə, piyada səkisi olmayan bir çox küçələrdə yeniləri inşa edilib, ehtiyac olan yerlərdə səkilər genişləndirilib. Nəticədə 45 km uzunluğunda səkilərin davamlığı təmin edilib. Hazırda səkilərin bərpa işləri Ş. Mehdiyev küçəsindən Tbilisi prospekti istiqamətində aparılır. Yaxın günlərdə isə Ə.Haqverdiyev küçəsində analoji işlərə başlanılacaq:

"Lakin təəssüf ki, bəzən küçə və prospektlərdə, xüsusən də səkilərinin olmadığı yerlərdə piyadaların hərəkəti çətinləşdirilir. Xəzər rayonu A.İldırım küçəsində olduğu kimi. Səkinin olmadığı bu ərazidə piyadalar üçün şərait yaratmaq əvəzinə asfalt örtük döşənərək qanunsuz parkinq yeri təşkil edilir. Bu isə piyadaların hərəkətini daha da çətinləşdirməklə yanaşı həm də təhlükə riskini də artırır.

Bir çox hallarda bu kimi işlər müvafiq qurumların birbaşa iştirakı ilə görülür. Bunu nəzərə alaraq bütün aidiyyəti qurumları piyada təhlükəsizliyinin təmin edilməsi, piyadalar üçün uyğun şəraitin yaradılması üçün əməkdaşlığa dəvət edirik".

09.11.2021 19:52

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18