“Dövlət Məşğulluq Agentliyi ilə Dövlət Statistika Komitəsinin rəqəmləri uzlaşmır”
"Hesablama Palatasının rəyində göstərilib ki, dövlət müəssisələrində vergi daxiolmalarında bu il azalma olub. İri dövlət şirkətləri dövlət büdcəsinə divident ödəməyə maraq göstərmir. Bu fikir çoxdan səsləndirilirdi. Onlar bazarda özlərinə rəqib görmürlər. Bu, xidmətin qiymətinə də təsir göstərir. Ümumiyyətlə, xidmətin keyfiyyəti qiymətlə uzlaşmır. Maliyyə Nazirliyi bununla bağlı strateji baxış hazırlayırmı? Özəlləşdirmə ilə bağlı işlərə nə vaxt gediləcək?”
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat, REAL Partiyasının üzvü Erkin Qədirli deyib.
E. Qədirlinin sözlərinə görə, bir hesabatda göstərilib ki, Azərbaycan dəmir yollarının 22 min işçisi var və audit şirkəti bunu 6 minə endirməyi təklif edir:
“Bu isə nə qədər işçinin işsiz qalmasına səbəb olacaq. Ona görə də bu sahədə xüsusi baxış olub-olmamasını öyrənmək istəyirəm. Digər tərəfdən, Dövlət Məşğulluq Agentliyinin rəqəmləri ilə Dövlət Statistika Komitəsinin rəqəmləri uzlaşmır. Bu da hesablamalara çox böyük təsir edir. Bu rəqəmlərin uyğunlaşdırılması ilə bağlı işlər görülməlidir. Daha bir sualım da strateji baxışla əlaqəlidir. İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların özəlləşdirilməsi həyata keçirilməyib. Bir yandan oradakı insanların bu torpaqlara hüquqi, haqqı var. İqtisadiyyat Nazirliyinin işğaldan azad olunmuş torpaqlarda kənd təsərrüfatı təyinatlı torpaqların gələcəyi və o torpaqların özəlləşdirilməsi ilə bağlı məsələyə aydınlıq gətirməsini xahiş edirik”.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



















.jpg)




