Muğanbank-ın səhmdarları strateji qərarlar qəbul edib - YENİ TƏYİNATLAR
“Muğanbank” ASC-nin İdarə Heyəti üzvlərinin sayı 7-dən 5-ə endirilmiş, İdarə Heyətinin Sədri Elmir Əlimərdan oğlu Həsənov Müşahidə Şurası Sədrinin müşaviri təyin olunmuş, İdarə Heyəti Sədrinin vəzifələrinin icrası isə Elnur Mir Rəhim oğlu Abbasova həvalə olunmuşdur.Hazırda davam edən iki layihə yekunlaşmaq üzrədir. Bank qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün menecmenti gücləndirir.
“Azərbaycanda Maliyyə Vasitəçilərinin Potensialının Yaradılması Texniki Əməkdaşlıq Proqramı” çərçivəsində Muğanbank və AYİB arasında imzalanmış texniki dəstəyə dair proqram yekunlaşmaq üzrədir.
Bankın yaydığı məlumatda bildirilir ki, ümimilikdə, 2019-cu ilin ortalarından başlayan, üçmərhələli transformasiyanı özündə birləşdirən layihə “Muğanbank” ASC, AYİB və birgə seçilən xüsusi konsultant komandaların - Business & Finance Consulting (BFC), TA Consult – köməyilə icra olunmuşdur. Layihə çərçivəsində Muğanbankda strategiya, risklərin idarə olunması, problemli kreditlərin həlli, komplayns və informasiya texnologiyaları, həmçinin mikro, kiçik və orta müəssisələrin kreditləşdirilməsi sahəsinin təkmilləşdirilməsi və qabaqcıl beynəlxalq praktikaya uyğunlaşdırılması istiqamətində əsaslı işlər həyata keçirilmişdir.
Bundan əlavə ‘Muğanbank” ASC və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında əməkdaşlıq çərçivəsində bankın postpandemiya dövründə dayanıqlı inkişafını təmin edilməsi istiqamətində birgə layihə həyata keçirilmişdir.
"Qeyd olunan layihələrin icrası, qarşıya qoyulan hədəflərə nail olmaq və eləcə də rəqabətqabiliyyətliliyi inkişaf etdirmək məqsədilə “Muğanbank” ASC bankın transformasiyasını uğurla davam etdirir. Bu məqsədlə bankın səhmdarları bankın kadr potensialının gücləndirilməsi və eləcə də idarəetmə sisteminin daha da təkmilləşdirilməsi barədə strateji qərarlar qəbul etmişdir. Belə ki, Səhmdarların yığıncağında qəbul edilən qərarlara əsasən “Muğanbank” ASC-nin İdarə Heyəti üzvlərinin sayı yeddidən beşə endirilmiş, İdarə Heyətinin Sədri Elmir Əlimərdan oğlu Həsənov Müşahidə Şurası Sədrinin müşaviri təyin olunmuş, İdarə Heyəti Sədrinin vəzifələrinin icrası isə Elnur Mir Rəhim oğlu Abbasova həvalə olunmuşdur. Bununla da bank yeni müştəriyönümlü biznes modelinə keçid üçün müəyyən olunan struktura uyğun güclü komanda formalaşdırmışdır.
Hər zaman yenilik və inkişafa önəm verən bankımız son optimallaşdırmalar ilə müştərilər, yerli və xarici partnyorlar qarşısında qazandığı inam, etimad və əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirməyi hədəfləyir,",- Bankın məlumatında bildirilir.
Qeyd edək ki, Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 23 filialı və 10 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi hər növ bank məhsulları üzrə xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb























.jpg)




