Maliyyə naziri: “2022-ci ilin dövlət büdcəsinə düzəlişlərin edilməsi istisna edilmir”
“Milli inkişaf prioritetləri artıq Prezident tərəfindən müəyyənləşdirilib”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, büdcə zərfində bu məsələyə xüsusi olaraq diqqət yetirilib:
“2030-cu ilə qədər olan sosial və iqtisadi inkişafla bağlı strategiyanın həyata keçirilməsi üçün maliyyələşmə mənbələri müəyyən edilməlidir. Strategiya bizə bəlli mənbələrdən maliyyələşəcək. Mənbələrdən biri dövlət büdcəsi, Dövlət Neft Fondunun vəsaitləri olacaq. Digərləri müxtəlif fondlar, hansısa cəlb edilən vəsaitlər hesabına olacaq. Çox vacib istiqamət isə özəl sektorun vəsaitləri hesabına da maliyyələşmənin həyata keçirilməsidir. Amma bizim öhdəmizə düşəcək məsələ dövlət büdcəsindən vəsaitin icrası məsələsidir. Əlavə dövlət büdcəsi vəsaitinə ehtiyac yaranarsa, 2022-ci ilin dövlət büdcəsinə düzəlişlərin edilməsi istisna edilmir”.
Maliyyə naziri büdcə kəsrinə aydınlıq gətirib
“Vergi və gömrük yığımları sahəsində çox suallar gəldi”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, hər il dövlət büdcəsi hazırlanan zaman Maliyyə Nazirliyi bu orqanlar arasında əlaqələndirici funksiyanı həyata keçirir:
"Bizim çox gərgin müzakirələrimiz keçir. Azərbaycanda Nazirlər Kabinetinin vergi daxilolmaların proqnozlaşdırılması ilə bağlı müvafiq qaydaları var. Vergi daxilolmalarında həm neft, həm də qeyri-neft sektoru üzrə daxilolmalar əsas götürülür. Bunlar hər zaman makroiqtisadi proqnozların əsasında tərtib olunur. Digər məsələlər büdcə kəsri ilə bağlıdır. Burada 1,5 milyard manat artıq gəlirlərin icra edilməsi ilə əlaqədardır. Büdcə kəsrinin qalan hissəsi isə xərclərin nəzərdə tutulduğundan az icrası ilə bağlıdır. Xərclərin icrasında bir sıra problemlər xarici kreditlərin mənimsənilməsi ilə bağlıdır. Bu kreditlərin sadəcə 200 milyon manat hissəsi istifadə olunub. Yerdə qalan hissəsi problemlərlə üzləşib”.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 7 d. əvvəl
- 40 d. əvvəl
- 43 d. əvvəl
-
1 saat əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 2 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2 BOKT-ın vəzifəli şəxsi cərimələnib
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
Rəsmi məzənnələr açıqlandı
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Ən çox oxunanlar
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu








.jpg)










