Avropada qazın qiyməti Lukaşenkonun hədəsilə artıb
Belarus prezidenti Aleksandr Lukaşenkonun Avropa İttifaqının sanksiyalarının genişləndirilməsinə cavab olaraq Yamal-Avropa kəməri ilə Avropaya qaz tranzitinin mümkün dayandırılması ilə bağlı bəyanatları əsasında, Avropada qazın qiyməti təxminən 2% artıb.
Marja xəbər verir ki, dekabr fyuçerslərinin qiyməti 1,9% artaraq 1000 kubmetr üçün 847 dollar təşkil edib. Daha sonra qazın qiyməti 1000 kubmetr üçün təxminən 860 dollara qədər sürətlənib, lakin indi yanacağın qiyməti 1000 kubmetr üçün 840 dollar səviyyəsinə qayıdıb.
Belarus prezidenti Aleksandr Lukaşenko Avropa İttifaqını sanksiyaların genişləndiriləcəyi təqdirdə Yamal-Avropa transmilli qaz kəməri ilə keçən qazın Avropaya tranzitini dayandıracağı ilə hədələyib.
Hazırda Avropa İttifaqı Belarusa qarşı beşinci sanksiyalar paketinin qəbulu imkanlarını müzakirə edir.
Yamal - Avropa transmilli qaz kəməri dörd ölkənin - Rusiya, Belarus, Polşa və Almaniyanın ərazisindən keçir. Onun illik layihə gücü 32,9 milyard kubmetrdir.
"Belarus qazdan geosiyasi silah kimi istifadə etməməlidir"
Qaz vacib resursdur və Belarus ondan Avropa İttifaqına (Aİ) qarşı hibrid hücumlar üçün geosiyasi silah kimi istifadə etməməlidir. Bunu cümə axşamı Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Nabila Massrali Brüsseldə keçirdiyi brifinqdə, Belarus prezidenti Aleksandr Lukaşenkonun Aİ-nin yeni sanksiyalarına cavab olaraq Minskin qaz tranzitini dayandıracağı ehtimalı ilə bağlı bəyanatını şərh edərkən deyib.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb




.jpg)
.jpg)










.jpg)


