Azərbaycanla Türkiyə arasında “Balıqçılıq sahəsində əməkdaşlığa dair” Saziş imzalanıb
Türkiyədə səfərdə olan Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdəmir ilə görüşüb.
Bu barədə Azərbaycanın Türkiyədəki Səfriliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə səmərəli fikir mübadiləsi aparılıb və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında balıqçılıq sahəsində əməkdaşlığa dair Saziş” imzalanıb.
Səfər zamanı M.Babayev “Gələcəyə nəfəs” kampaniyası çərçivəsində Türkiyə Respublikası Prezident Kompleksində Milli Ağaclandırma Günü Ağacəkmə Mərasiminə qatılıb və orada ağac əkib.
Həmçinin Muxtar Babayevin rəhbərlik etdiyi heyət ilə FAO-nun direktor müavini Maria Helena Samedonun rəhbərlik etdiyi heyət arasında görüş keçirilib və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir.
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl yüklü vaqonlar göndəriləcək
- 4 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
-
1 gün əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
- 1 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir.
Küveyt neft istehsalını azaltmağa məcbur oldu
Xameneinin oğlu Müctəba Xamenei İranın Ali Rəhbəri seçilib
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
Ən çox oxunanlar
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
10 mart tarixi üçün Dolların rəsmi məzənnəsi müəyyən olunub






















