Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

MİDA Rabitəbank ilə əməkdaşlıq müqaviləsi imzaladı

"Rabitəbank" da İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli ipoteka kreditinin verilməsilə məşğul olacaq.
iç səhifə xəbər başlığı altı (mobil)_31
MİDA Rabitəbank ilə əməkdaşlıq müqaviləsi imzaladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş müvafiq Qaydaya əsasən, güzəştlə mənzil əldə etmək hüququna malik şəxslərə təklif olunan güzəştlərdən biri Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən güzəştli ipoteka kreditidir.

“Güzəştli mənzil” sistemində qeydiyyata alınaraq şəxsi elektron kabinetə sahib olmuş vətəndaşlara bu güzəştdən yararlanmaq imkanı İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları sırasına daxil olan və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyindəki “MİDA” MMC ilə müvafiq əməkdaşlıq müqaviləsi imzalayan kredit təşkilatları tərəfindən təmin edilir.

Reklam_3_11

Vətəndaşların rahatlığını təmin etmək məqsədilə MİDA bu sahədə əməkdaşlıq etdiyi bankların dairəsini genişləndirməkdə davam edir. “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış növbəti maliyyə təşkilatı "Rabitəbank" ASC olub.

1993-cü ildə fəaliyyətə başlayan Rabitəbank ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 26 filial və 1 şöbədən ibarət xidmət şəbəkəsi ilə ölkənin 14 regionunda təmsil olunur. 

Beləliklə, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına vətəndaşlara güzəştli ipoteka kreditinin verilməsi ilə bağlı “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış bankların sayı 7-yə çatdı. Daha öncə analoji müqavilələr “Kapital Bank” ASC, “Azər-Türk Bank” ASC, “Bank VTB (Azərbaycan)” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “TuranBank” ASC və “PAŞA Bank” ASC ilə bağlanmışdır.

 

güzəştli-ipoteka -kredit
15.11.2021 11:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18