Mərkəzi Bank QR koddan istifadəyə dair Metodoloji Rəhbərlik təsdiq etdi
Mərkəzi Bank tərəfindən ölkədə rəqəmsal ödənişlərin əhatə dairəsinin genişləndirilməsi, ödəniş ekosistemində innovativ, sürətli və təmassız ödəniş həllərinin aktiv tətbiqi və onlar arasında qarşılıqlı inteqrativliyin təmin edilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilməkdədir.
Bankın yaydığı məlumatda bildirilir ki, bu istiqamətdə aparılan işlər çərçivəsində Azərbaycan Respublikası ərazisində QR kod vasitəsi ilə təqdim olunan ödəniş xidmətlərinin effektivliyinin artırılması, habelə qarşılıqlı uyğunluğun təmin edilməsi məqsədi ilə “Azərbaycan Respublikası ərazisində ödənişlər zamanı QR koddan istifadəyə dair Metodoloji Rəhbərlik” (Metodoloji Rəhbərlik) hazırlanaraq Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq edilmişdir.
Metodoloji Rəhbərlik bir çox aparıcı ölkələrin təcrübələri, həmçinin Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyasının təklifləri nəzərə alınmaqla hazırlanmışdır. Eyni zamanda, Azərbaycan Respublikasında ümumi istifadə üçün nəzərdə tutulan QR kodun tərtibatı ödəniş sahəsi üzrə nüfuzlu EMVco təşkilatının təsərrüfat subyekti tərəfindən təqdim olunan QR kod üzrə standartlara uyğunlaşdırılmışdır.
"Metodoloji Rəhbərlikdən irəli gələn tövsiyətlərin tətbiqi ölkədə banklar və bank olmayan ödəniş təşkilatları tərəfindən təqdim olunan QR ödənişlərinin standartlaşdırılmasını, təmassız ödənişlərin genişlənməsini və bununla da iqtisadi subyektlər üçün daha əlverişli ödəniş həllərinin təqdim edilməsini təmin edəcəkdir",- məlumatda deyilir.
Azərbaycan Respublikası ərazisində ödənişlər zamanı QR koddan istifadəyə dair Metodoloji Rəhbərlik
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























