Muğanbank pulsuz uşaq kartı təqdim edir
(®) Muğanbank yeni Mugan Junior adlı kartı istifadəyə verdi. Hər bir şeyin sürətlə rəqəmsallaşdığı və dəyişdiyi bir dövrdə smartlaşan insanlar, ən əsası da gənclər və yeniyetmələr yeni tələb formalaşdırır. Muğanbankın əsas məqsədlərindən biri korporativ sosial siyasəti çərçivəsində cəmiyyətə faydalı olmaq və eyni zamanda nağdsız əməliyyatların artmasıdır. Bu səbəbdən Mugan Junior kartları PULSUZ olaraq təqdim olunur.
Bundan əlavə, Mugan Junior kartı yeniyetmələrə müstəqillik nümayiş etdirməyə, maliyyə savadlılığının əsaslarını və pulla səmərəli davranmağı öyrənməyə kömək edəcəkdir.
Mugan Junior yetkinlik yaşına çatmış şəxsin (sifarişçinin) bank hesabına əlavə kart kimi buraxılır və kart ilə aparılan bütün əməliyyatlar sifarişçinin bank hesabı üzrə həyata keçirilir. Kartı valideynin və uşağın şəxsiyyət vəsiqəsini və ya doğum haqqında şəhadətnaməni təqdim etməklə bankımızın istənilən filiallarına yaxınlaşaraq əldə etmək mümkündür. Kartlar müasir üslübda iki fərqli dizaynda hazırlanıb və üzərində uşaqların adı qeyd olunacaqdır.
Mugan Junior kartından online/offline alış-veriş məkanlarında istifadə etmək mümkündür. Lakin, təhlükəsizlik məqsədilə bank tərəfindən müəyyən ödənişlərə və limitlərə məhdudiyyətlər edilmişdir.
Uşaqlarda yığım, qənaət, xərc və gəlirləri düzgün idarə etmək istiqamətində təbliğat aparmaq, onları bu istiqamətdə həvəsləndirmək məqsədilə qalıq məbləğin üzərinə illik 5%-dək gəlir hesablanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























