"Optimal Elektronika" istiqraz ilə 5 milyon manat cəlb etməsinin səbəbini açıqlayıb
Xəbər verdiyimiz kimi, "Optimal Elektronika" MMC 5 milyon manatlıq istiqraz buraxır. Emissiya hər birinin nominal dəyəri 1000 manat olan 5000 ədəd istiqrazdan ibarətdir.
İstiqrazlar hər biri 2,5 milyon manatlıq olmaqla iki tranşda yerləşdiriləcək. İlk tranşın yerləşdirilməsi üzrə hərrac 23 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasında keçiriləcəkdir.
İstiqrazlar üzrə illik faiz dərəcəsi 12%, tədavül müddəti 18 aydır. Kupon faizlərihər 6 aydan bir ödəniləcəkdir. İstiqrazlar həm fizziki, həm də hüquqi şəxslər tərəfindən əldə edilə bilər.
Marja.az xəbər verir ki, "Optimal Elektronika" istiqraz emissiyası yolu ilə investorlardan 5 milyon manat cəlb etməsinin səbəbini açıqlayıb. Belə ki, istiqraz təklifinin səbəbi şirkətin əsas fəaliyyəti hesab olunan elektronika mallarının topdan, korporativ və pərakəndə satışının genişləndirilməsidir.
Bildirilib ki, "Optimal Elektronika" MMC elektronika məhsullarının nisyə (hissə-hissə ödəniş) və nağd satışı bazarında lider mövqelərdən birini tutur. Şirkət fəaliyyətə başladığı 2013-cü ildən bəri 350 milyon manatdan çox nisyə satış həyata keçirmişdir, bu məbləğin cəmi 1,5%-i gecikmiş kredit statusu almışdır.
2020-ci ilin sonuna olan məlumata görə, "Optimal Elektronika" MMC-nin nisyə portfeli 38 milyon 844 min manat təşkil edib. Portfelin 10,42%-nin və ya 4 milyon 48 min manatının ödəmə vaxtı keçib (ödənilməsi 30 gündən çox gecikib).
2 milyon 885 min manat xüsusi kapitala malik olan "Optimal Elektronika" MMC 34 milyon 804 min manat bank öhdəliklərinə də (kredit borcu) malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





