"PAŞA Bank"dan kart əməliyyatlarında çətinliklər ilə bağlı açıqlama
Şəxsin hesabından vəsait çıxıb, lakin alan şəxsin hesabına mədaxil olmayıb.27 noyabr tarixində "PAŞA Bank" da daxil olmaqla, ölkənin bir neçə bankın müştəriləri kart əməliyyatlarında çətinliklərlə üzləşib.
"PAŞA Bank"ın yaydığı məlumatda bildirilir ki, bəzi hallarda kartdan karta köçürmə əməliyyatları zamanı göndərən şəxsin hesabından vəsait çıxıb, lakin alan şəxsin hesabına mədaxil olmayıb.
Məsələ ilə bağlı araşdırma aparılıb və çətinliyin yaranmasına xidmət provayderi tərəfində baş verən texniki nasazlıqların səbəb olduğu müəyyən edilib. Çətinliyin qısa müddət ərzində aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Qeyd olunan səbəbdən təyinat üzrə göndərilən vəsait yaxın zamanda çətinliklə üzləşən "PAŞA Bank" müştərilərinin hesabına geri qaytarılacaq.
Qeyd edək ki, hazırda ölkədaxili digər bankların kartlarına köçürmə əməliyyatlarında çətinliklər davam edir. Çətinlik aradan qaldırılanadək, müştərilərə bu növ köçürmələri etməmələri tövsiyə olunur. Bankdaxili köçürmələrdə heç bir çətinlik yaşanmır, müştərilər "PAŞA Bank" kartları arasında köçürmələri adi qaydada icra edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
2 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
2 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)






