"Bakı Sığorta" yığımları ən çox artan sığorta şirkətidir
Azərbaycanda 7 sığorta şirkətinin yığımları azalıbBu ilin yanvar-oktyabr aylarının yekununa görə, Azərbaycandakı 20 sığorta şirkətindən 11-nin yığımları illik müqayisədə artıb, 7-nin yığımları azalıb, 2 şirkət (“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” və “Meqa Həyat Sığorta” ASC-lər) ötən ilin yanvar-oktyabr aylarında bazarda olmadığı üçün onların yığımlarında dinamika qeydə alınmayıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, son 1 ildə yığımları illik müqayisədə ən çox artan şirkət "Bakı Sığorta" ASC-dir. Bu şirkət 10 ay ərzində 4,185 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 2,7 dəfə çoxdur. Daxilolmaları ən az artan şirkət isə “PAŞA Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 157,705 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 8,1% çoxdur.
Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət “Azsığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 31,8% azalaraq 9,399 milyon manat olub. Yığımlarda azalma baxımından ən yaxşı vəziyyət isə “Atəşgah Həyat Sığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 0,2% azalaraq 34,194 milyon manata düşüb.
XXX
13 sığorta şirkətinin ödənişləri artıb
Bu ilin yanvar-oktyabr aylarının yekununa görə, Azərbaycandakı 20 sığorta şirkətindən 13-nün ödənişləri illik müqayisədə artıb, 4-nün ödənişləri azalıb, 3 şirkət (“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”, “Xalq Həyat Sığorta” və “Meqa Həyat Sığorta” ASC-lər) ötən ilin eyni dövründə ödəniş etmədiyi üçün onların ödənişlərində dinamika qeydə alınmayıb.
Hesabata əsasən, son 1 ildə ödənişləri ən çox artan şirkət “Naxçıvan Sığorta” ASC-dir. Bu şirkət 10 ay ərzində 322 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 14,5 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Atasığorta" ASC-dır. Bu şirkətin ödənişləri 7,388 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 1% çoxdur.
Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Qala Həyat Sığorta" ASC-dədir. Bu şirkət 10 ay ərzində 2,396 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 0,4% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə “Atəşgah Həyat Sığorta” ASC-dədir. Bu şirkətin ödənişləri 33,9% azalaraq 26,421 milyon manata düşüb.
Telegramda Marja.az səhifəsinə abunə olun
"Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
38 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 41 d. əvvəl
-
50 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
53 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir





















