Bərpa olunan enerji üzrə yeni ali təhsil proqramı
Bu gün Azərbaycan Respublikası Təhsil Nazirliyi və bp şirkəti arasında yerli universitetlərin birində bərpa olunan enerji mənbələri üzrə yeni ali təhsil proqramının yaradılması ilə bağlı əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb.
bp-nin yaydığı məlumatda bildirilir ki, potokol bərpa olunan enerji mənbələri, o cümlədən bu sahədə istifadə olunan texnologiyalar, üzrə ixtisaslaşan yerli peşəkarların hazırlanması üçün mühüm bir təhsil layihəsinə dair əməkdaşlığın təməlini qoyur. Bu məqsədlə Böyük Britaniya universitetlərindən biri ilə tərəfdaşlıqda yerli ali təhsil müəssisəsində yeni magistr proqramı yaradılacaq.
Protokol çərçivəsində layihənin texniki aspektlərini, o cümlədən icraçı tərəfdaşın seçim meyarlarını, müəyyənləşdirmək üçün işçi qrup yaradılacaq.
Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev imzalanma mərasimində çıxışı zamanı dedi: “Dövlət siyasətinin mühüm istiqamətlərindən olan “qara qızıl”ın insan kapitalına çevrilməsi konsepsiyası gənclərin xaricdə təhsilinin dəstəklənməsinə mühüm imkanlar yaradıb. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"ı çərçivəsində 3500-ə yaxın gənc xaricdə təhsil alıb.
Bərpa olunan enerji üzrə mütəxəssislərin hazırlanması çox vacib bir məsələdir və bu sahədə bp şirkəti ilə əməkdaşlığı yüksək dəyərləndiririk. Bu proqram çərçivəsində tədqiqat layihələrinin də həyata keçirilməsini planlaşdırırıq.”
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “Azərbaycanın enerji keçidi üzrə səylərini dəstəkləmək məqsədilə Təhsil Nazirliyi ilə uzunmüddətli və uğurlu əməkdaşlığımızı yeni istiqamətdə genişləndirməkdən böyük məmnunluq duyuruq. Təsis edəcəyimiz yeni universitet proqramı ölkənin bərpa olunan enerji sektorunun inkişafı üçün zəruri olan yeni təcrübə və bacarıqların formalaşdırılması üçün nəzərdə tutulub. Bu, Azərbaycanın enerjinin gələcəyinə doğru atdığı addımları və eləcə də şirkətimizin insanlar və planetimiz üçün enerji haqqında təsəvvürləri yeniləmək məqsədini dəstəkləyən gözəl bir layihədir.”
Layihəni Təhsil Nazirliyi və bp birgə maliyyələşdirəcək. bp bu layihəyə 2 milyon ABŞ dolları vəsait qoyacaq.
Yeni magistr proqramı çərçivəsində hər il bərpa olunan enerji mənbələri sahəsində təxminən 40 yerli mütəxəssisin hazırlanması gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq


























