"İllik dövriyyəsi 1 milyard dollar olan şirkətlərdən biri olmağı hədəfləyirik"
“AzerGold" QSC 2032-ci ilə kimi əlavə olaraq 13 min yeni iş yerinin yaradılmasını planlaşdırır.
Bunu "Dağ-mədən sektorunda mövcud problemlər, aparılan islahatlar və inkişaf prespektivləri" mövzusuna həsr edilmiş tədbirdə Cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbtahimov bildirib.
““AzerGold"un cari ildə yenilənmiş strategiyasina əsasən 2038-ci ilədək Çovdar qızıl yatağının sulfid mərhələsi üzrə istismarı da daxil olmaqla 6 qızıl, 1 polimetal, 3 mis və bir dəmir filizi yataqlari qrupunun istismarı nəticəsində illik dövriyyəsi 1 milyard ABŞ dolları olan ən böyük qeyri-neft sənayesi şirkətlərindən və işəgötürənlərdən biri olmağı hədəfləyirik. Belə ki, yaradılacaq yeni iş yerlərinin sayının 2032 ci ildə 13 min nəfərə çatdırılması gozlənilir", - Z.İbrahimov bildirib.
Onun sözlərinə görə, yenilənmiş strategiyaya əsasən, sirkətin 2020-2035-ci illər üzrə məcmu gəlirlərinin 18,5 milyard manata çatdırılması nəzərdə tutulub.
"Bununla yanaşı ölkənin məcmu UDM-sinə 24,5 milyard manat həcmindən töhfənin verilməsi, 1,7 milyard manat məbləğində məcmu vergilərin ödənilməsi planlaşdırılır.
Nəzərdə tutulan strateji planların icrası müddətində dövlət büdcəsindən asılılığın aradan qaldırılması hədəflənir. Qeyd edək istəyirəm ki, cəmiyyət artıq qızıl layihələrinin icrası üzrə büdcədən asılılığı tam aradan qaldırıb“, - deyə o qeyd edib.
Qeyd edək ki, “AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.
Hazırda “AzerGold” yalnız “Çovdar” yatağından yerüstü işlənmə mərhələsi çərçivəsində qızıl və gümüş hasilatı və ixracını həyata keçirir.
Telegramda Marja.az səhifəsinə abunə olun
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




























.jpg)
