Robotlar belə Türk Lirəsi ilə əməliyyat apara bilmədilər - XİDMƏT DAYANDIRILIR
JP Morgan TL alqoritmik əməliyyatlar üçün broker xidmətini dayandırır
Beynəlxalq investisiya bankı JP Morgan, sürətli məzənnə dəyişkənliyyinə görə türk lirəsi ilə alqoritmik əməliyyatları üzrə xidmətini dayandırmaq qərarına gəlib.
Marja.az xəbər verri ki, UBS-in Türk lirəsi (TL) ilə bağlı hesabat dərc etməyi dayandırmasından sonra, TL bağlı başqa bir qərar JP Morgan tərəfindən verilib.
Marja.az xəbər verir ki, qurum müştərilərinə türk lirəsi ilə alqoritmik əməliyyatları üçün broker xidmətləri göstərməyi dayandırıb.
Bankdan müştərilərinə göndərilən məlumatda TL ilə yeni alqoritmik əməliyyatların qəbul edilməyəcəyi bildirilib və mövcud TL alqoritmik əməliyyatlarının qısa müddətdə dayandırılması üçün çağırış edilib.
Qərara səbəb olaraq, Türk Lirəsinin dəyərində kəskin dəyişikliklər göstərilib.
Son illərdə alqoritmik əməliyyatlar bütün dünyada istifadə edilir. Bu sistem avtomatik alış-satış sifarişləri verərək ticarət etməyə imkan verir. İnvestisiya şirkətlərinin hazırladıqları robotlar və alqoritmik hesablamalar sayəsində avtomatik olaraq bazarlarda ticarət etmək mümkündür.
Qeyd edək ki, Türk Lirəsi sürətlə dəyərdən düşür, bu gün Dollar/TL məzənnəsi 18 lirəyə yaxınlaşıb.
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
17 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
3 saat əvvəl
Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi
-
3 saat əvvəl
“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib
-
4 saat əvvəl
Nvidia və Intel arasında 5 milyard dollarlıq strateji investisiya anlaşması
Son Xəbərlər

Xankəndidə yaşayış və qeyri yaşayış sahələrində təmiri işləri aparacaq şirkətlər - MÜQAVİLƏ MƏBLƏĞLƏRİ

Hava şəraitilə əlaqədar - XƏBƏRDARLIQ

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Bank 96 ədəd RAM alır

bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi

“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib

Sentyabrın 19-da gözlənilən hava şəraiti
