Fed-in faiz artırması valyutaların daha da ucuzlaşmasına səbəb ola bilər
ABŞ Mərkəzi Bankının (Fed) faizin artırılmasında daha aqressiv olacağına dair siqnalı riskli aktivlərin cəlbediciliyini azalda və inkişaf etməkdə olan ölkələrin milli valyutalarının daha da ucuzlaşmasına səbəb ola bilər.
Marja xəbər verir ki, MSCI İnkişaf etməkdə olan Bazar Valyuta İndeksi 0,3 faiz düşərək üç həftənin ən böyük azalmasını qeyd edib. ABŞ-ın 10 illik istiqrazlarının gəlirliyi 2021-ci ildəki pik həddinə yaxınlaşaraq 1,75%-i keçib.
FED-in dekabr iclasının protokolları göstərdi ki, siyasətçilər pul siyasətini daha tez sərtləşdirməyi və balansı azaltmağı düşünürlər. Bu gözlənti onsuz da dolların bahalaşması, inflyasiyanın artması və Covid-19-a yoluxanların artması ilə mübarizə aparan inkişaf etməkdə olan ölkələrin aktivlərinə, o cümlədən valyutalarına əlavə təzyiq göstərə bilər.
Londondakı "InTouch Capital Markets"in baş valyuta strateqi Piotr Matys bildirib ki, sürətlə artan istiqraz gəlirliliyi inkişaf etməkdə olan bazar aktivlərinin cəlbediciliyini azaldıb. Matys xüsusilə Mərkəzi Bankların hələ faiz artırmağa başlamadığını və mənfi real faiz dərəcələri olan ölkələrin "ən kövrək ölkələr"olacağını bildirib.
Cümə axşamı ən çox ucuzlaşan valyutalar Malayziya ringgiti, Türk lirəsi və Tayland bahtı olub, Rusiya rublu və Cənubi Afrika randı isə dollar qarşısında möhkəmləniblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 16 d. əvvəl
- 40 d. əvvəl
-
49 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
53 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı







.jpg)






.jpg)





