AzTV-nin xalis zərəri azalıb
AZTV 2020-ci ili 1 milyon 819 min manat xalis zərərlə başa vurub.“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) 2020-ci ili 1 milyon 819 min manat xalis zərərlə başa vurub.
Qurumun maliyyə hesabatına görə, bu, 2019-cu ilə nisbətən 30% azdır.
2020-ci ildə AzTV-nin gəlirləri 34 milyon 369 min manat (2019-cu illə müqayisədə 0,4% çox), o cümlədən qeyri-birja əməliyyatlarından gəlirləri (dövlət büdcəsindən ayırmalar) 33 milyon 983 min manat (3,2% çox), birja əməliyyatlarından gəlirləri 385 min manat (28,8% az), sair əməliyyat gəlirləri isə 2 min manat (414 dəfə az) təşkil edib.
İl ərzində səhmdar cəmiyyətinin xərcləri isə 36 milyon 163 min manat (1,6% az), o cümlədən sərf etdiyi materialların dəyəri 698 min manat (31,4% az), əmək haqqı xərcləri 20 milyon 574 min manat (8,2% çox), amortizasiya xərcləri 4 milyon 524 min manat (6,7% az), sair əməliyyat xərcləri isə 10 milyon 366 min manat (12,6% az) təşkil edib.
2020-ci ildə AzTV 25 min manat mənfəət vergisi ödəyib ki, bu da 2019-cu illə müqayisədə 3,7 dəfə azdır.
2021-ci i il yanvarın 1-nə səhmdar cəmiyyətinin aktivləri 24 milyon 187 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,1% azdır. Hesabat dövründə qurumun öhdəlikləri 58,8% azalaraq 1 milyon 52 min manata, balans kapitalı isə 7,3% azalaraq 23 milyon 135 min manata düşüb.
Xatırladaq ki, AzTV kommersiya qurumu kimi Prezident İlham Əliyevin 23 mart 2005-ci il tarixli fərmanı ilə, Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında yaradılıb.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 d. əvvəl
Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi
- 9 d. əvvəl
- 13 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Avropa Mərkəzi Bankı da faizə toxunmadı
Mərkəzi Bank NGFS-yə tamhüquqlu üzv qəbul olunub
NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edir
Ən çox oxunanlar
Avrozonada inflyasiya 3 faizə yüksəlib
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb














.jpg)







