Azərbaycanda sığortalı təsərrüfatlar daha etibarlı kredit ödəyicisi sayıla bilər
Aqrar Sığorta Fondunda banklarla görüş keçirilibAzərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi barədə ölkə banklarını məlumatlandırmaq məqsədilə 18 yanvar 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Aqrar Sığorta Fondunun (ASF) birgə təşkilatçılığı ilə Fondda bank təmsilçiləri ilə görüş keçirilib.
«Azərbaycanda aqrar sığorta məhsulları: aqrar sahədə risklərin sığortalanması və fermerlərin maliyyə əlçatanlığına aqrar sığortanın dəstəyi» adlı görüşdə Aqrar Sığorta Fondu, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyası (AMFA), «Aqrar Sığorta Müştərək Sığorta Şirkəti» ASC-nin rəhbər şəxsləri və ölkə banklarının kredit bölmələrinin rəhbərləri iştirak edib.
Tədbirdə Aqrar Sığorta Fondunun idarə heyətinin sədr müavini Firdovsi Ağaşirinov aqrar sığorta mexanizmi, aqrar sığortanın əhatə etdiyi məhsullar, təminat verilən risklər, eləcə də Aqrar Sığorta Fondunun fəaliyyəti ilə bağlı geniş təqdimatla çıxış edib.
Onun sözlərinə görə, hazırda aqrar sığorta mexanizmi fermer və sahibkarlara 48 sığorta məhsulu təqdim edir və 29 risk üzrə təminat verir. Cəmi bir il əvvəl işə düşməsinə baxmayaraq aqrar sığorta mexanizmi ölkədə 350 min hektara yaxın əkin sahəsini və ya ümumi əkin sahələrinin 19%-ni əhatə edib.
2021-ci ildə Aqrar Sığorta Fondu tərəfindən ümumilikdə 11 milyon manatdan artıq sığorta haqqı toplanıb ki, bu da əvvəlki ildə ölkə üzrə toplanan vəsaitlə müqayisədə 4,3 dəfə artıqdır.
2022-ci ilin əvvəlindən etibarən sığortalanan bitki və heyvan növlərinin sayının artırılması aqrar sığortanın daha geniş fəaliyyət göstərməsinə və müxtəlif sahələrdə fəaliyyət göstərən fermerlərin faydalanmasına imkan verəcək.
Təqdimatda xüsusi vurğulanıb ki, dövlət dəstəyi ilə tətbiq olunan aqrar sığorta fermerlər üçün daha sərfəlidir, çünki sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.
Görüşdə aqrar sığorta mexanizminin fermerlərin maliyyə ətçatanlığına dəstəyi, yəni onların kredit əldə etmə prosesini asanlaşdırılması geniş müzakirə edilib. Bildirilib ki, təsərrüfatın sığortalanması fermerin məhsulu və gəlirləri ilə yanaşı, onun kredit ödəmə qabiliyyətini də qoruyur. Sığortalı təsərrüfatların daha etibarlı kredit ödəyicisi sayılması dünya təcrübəsində geniş yayılıb.
Aqrar sığorta mexanizmi barədə təqdimat və görüşdə açıqlanan məlumatlar bank sektoru təmsilçilərinin böyk marağına səbəb olub. Bank nümayəndələri, eləcə də tədbirdə iştirak edən qeyri-bank sektorunun nümayəndələri aqrar sığorta mexanizminin əhatə etdiyi risklər, sığorta şərtləri, ayrı-ayrı məhsullar üzrə sığorta haqlarının hesablanması, hadisə baş verdikdə ödəniş verilməsi prosesi ilə bağlı çoxsaylı suallar ünvanlayıblar.
Bu suallara cavab olaraq və ümumiyyətlə müzakirələr zamanı məhsulların sığortalanması ilə bağlı çoxsaylı misallar göstərilib, aqrar sığorta və ödəniş prosesi real keyslər üzərindən izah edilib.
Bank nümayəndələrinə bildirilib ki, fermerlər təkcə öz məhsullarını deyil, əkin sahələrindəki ağacları və tingləri, eləcə də, dolu vurması nəticəsində məhsulun qiymətinin aşağı düşməsini də sığorta edə bilərlər.
Tədbirdə kredit ayrılması prosesində aqrar sığortanın tətbiqi, prosesin təkmilləşdirilməsi və əməkdaşlıq barədə çoxsaylı təkliflər səsləndirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
17 d. əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
20 d. əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
-
31 d. əvvəl
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
-
1 saat əvvəl
“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qızılın qiyməti ilə bağlı diqqətçəkən proqnoz: "10 min dollara yüksələcək"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir






.jpg)
.jpg)











.jpg)

