Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun zərəri 4 dəfədən çox artıb
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) cəmi aktivləri bu il yanvarın 1-nə 87,463 mln. manat təşkil edib.
Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 35,1% azdır.
Hesabat dövründə Fondun cəmi öhdəlikləri 3,7 dəfə artaraq 594,919 mln. manata, yığdığı sığorta ehtiyatları isə 20,4 dəfə artaraq 507,456 mln. manata çatıb.
2016-cı ildə ADIF-in topladığı sığorta haqları 26,476 mln. maant (2015-ci ilə nisbətən 6,8% çox), maliyyə gəlirləri 3,961 mln. manat (14,6% çox), əmanətçilərə ödədiyi kompensasiyalara görə banklardan geri aldığı vəsaitlər 83,638 mln. manat, ödədiyi kompensasiyalar 587,245 mln. manat (3,9 dəfə çox), inzibati və sair əməliyyat xərcləri 3,509 mln. manat (32,6% çox), maliyyə xərcləri 4,568 mln. manat (114 dəfə çox), sair xərcləri isə 1,314 mln. manat təşkil edib. Son nəticədə Fondun ötən il zərəri 482,561 mln. manat olub ki, bu da əvvəlki illə müqayisədə 4,3 dəfə çoxdur.
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
“PAŞA Kapital”, “PASHA Yatırım Bankası”nın 25 milyon dollarlıq istiqrazlarını yerləşdirəcək
-
7 saat əvvəl
gubre.az şəbəkəsinin yeni layihəsi fermerlərin xüsusi marağına səbəb oldu
-
7 saat əvvəl
Babək prospektində işıqforlar quraşdırılacaq, yarımdairə ləğv ediləcək
-
8 saat əvvəl
Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi
- 8 saat əvvəl
-
10 saat əvvəl
Belarus Azərbaycana birgə əczaçılıq müəssisələri yaratmağı təklif edib
-
10 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
10 saat əvvəl
“166 Logistika” ilə Çindən 12 günə sürətli çatdırılma - Regionda bir ilk ®
-
10 saat əvvəl
"Biz bu prosesdə texnika, aqroşəhərciklər, iş yerləri ilə iştirak edə bilərik"
- 10 saat əvvəl
- 11 saat əvvəl