“Nar”ın dəstəyi ilə ən böyük Azərbaycandilli səsli kitabxana yaradıldı
(®) “Nar”ın dəstəyi ilə “Canli kitab” layihəsi çərçivəsində dünya və Azərbaycan ədəbiyyatından 64 müəllifin 550-dən artıq əsəri ana dilimizdə audiokitab şəklində “YouTube” kanalında yerləşdirilib. Mütaliəyə marağı olan hər kəs müxtəlif janrlarda və həcmlərdə olan bədii əsərləri “Nar”ın yüksək keyfiyyətli interneti vasitəsilə “Canlı kitab” kanalının “YouTube” səhifəsindən izləyə bilərlər.
Səsli ədəbiyyat kitabxanasının yaradılmasında məqsəd mütaliəni təlqin etmək və kitabları hər kəsə daha əlçatan etməkdir. Eyni zamanda, görmə məhdudiyyətli şəxslərin mütaliəsi üçün imkanlar açmaqdır. İstifadəçilərin rahatlığı və ödənişsiz istifadəsi üçün audiokitabxana “YouTube” platforması üzərindən yaradılıb. Layihə çərçivəsində əsərlərin toplandığı elektron daşıyıcıların görmə məhdudiyyətli şəxslərə paylanması nəzərdə tutulur.
Qeyd edək ki, layihə həftənin şənbə və bazar günləri saat 12:00-dan 14:00-dək “Radio Antenn” 101.1 FM dalğasında, eyni zamanda radionun və “Canlı kitab” verilişinin rəsmi “Facebook” səhifələrində canlı yayımlanır.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
43 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
47 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib














.jpg)




