65 istehsal və emal müəssisəsi istifadəyə veriləcək
2017-ci ildə Azərbaycanda Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) krediti hesabına tikilən 65 istehsal və emal müəssisəsi istifadəyə veriləcək.
"2016-cı ildə ölkədə fondun vəsaiti hesabına tikilən 45 istehsal, emal və infrastruktur obyekti istifadəyə verilib. Bu il 65 belə müəssisənin işə salınması planlaşdırılır ki, bu da 5,4 min yeni iş yerinin açılması deməkdir", - deyə SKMF-dən bildirilib.
Xüsusilə cari ildə 5 iri fermer, 4 heyvandarlıq təsərrüfatı, 2 quşçuluq fabriki, 14 istixana təsərrüfatı, 4 tikinti materialları müəssisəsi, 8 logistika mərkəzi və digər obyektlərin istifadəyə verilməsi nəzərdə tutulur.
Məlumatda qeyd olunur ki, bu günədək qeyri-neft sektorunun inkişafı məqsədilə 410 istehsal, emal və infrastruktur obyektlərinin tikintisinin maliyyələşdirilməsinə fondun xətti ilə 1,3 mlrd. manat məbləığində güzəştli kredit ayrılıb. Bu layihələrin ümumi dəyəri 2,7 mlrd. manat təşkil edir.
"Maliyyələşdirilmiş müəssisələrdən 345-i artıq işə salınıb”, - deyə məlumatda vurğulanır.
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
Bayram öncəsi sərfəli fürsət: “Abşeron un” və “Cənub un” məhsullarına xüsusi endirim kampaniyası başladı !
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 14 d. əvvəl
-
-
16 d. əvvəl
“Naxçıvan Taxıl Məhsulları”nın rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
-
31 d. əvvəl
Daha 8 şirkət “Startap” şəhadətnaməsi aldı - 3 İL MƏNFƏƏT VERGİSİ ÖDƏMƏYƏCƏKLƏR
-
1 saat əvvəl
Gecikdirilmiş 108 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il 30 milyon manatdan çox qazanmış bank səhmdarlarına dividend ödəyəcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
-
2 saat əvvəl
Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ neftin qiyməti üzrə proqnozunu kəskin artırıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bank Nəzarəti Strategiyası” təsdiq edilib - AÇIQLAMA
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı





























