9 səhmdar cəmiyyətinin səhm paketi özəlləşdirildi
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 25 yanvarda keçirilən növbəti hərracda 9 səhmdar cəmiyyətinin səhm paketi, 20 nəqliyyat vasitəsi özəlləşdirilib.
Hərracda səhm paketləri özəlləşdirilən səhmdar cəmiyyətləri sənaye, kənd təsərrüfatı və nəqliyyat sahələri üzrə fəaliyyət göstərir.
Hərracda ən yüksək qiymətə səhm paketləri özəlləşdirilən səhmdar cəmiyyətləri “Kürdəmir Aqrotexservis” ASC və “Yevlax Taxılçı” ASC olub. “Kürdəmir Aqrotexservis” ASC-nin 30 faizlik səhm paketi 49 952 manata, “Yevlax Taxılçı” ASC-nin 10.07 faizlik səhm paketi isə 38 456 manata özəlləşdirilib.
Nəqliyyat vasitələrinin hərracı rəqabətli olub. İlkin start qiyməti 6000 manat olan “Hyundai Sonata ” markalı avtomobil üçün təkliflər səsləndirilib, sonda həmin nəqliyyat vasitəsi 9060 manata satılıb. Rəqabətli satışı ilə seçilən daha bir avtomobil “Chevrolet Niva” olub. İlkin satış qiyməti 4000 manat olan bu maşına edilən son təklif 5.500 olub.
Budəfəki hərracda satılmış dövlət əmlakları üzrə 190.016 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.
Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/33HjKDH )
Məlumat üçün bildiririk ki, növbəti hərraclar 1,15 və 22 fevral tarixlərində keçiriləcək.
Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.
Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
31 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 33 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub






















