Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Valyuta hərraclarında Dollar satışının yüksək olmasının səbəbi açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Valyuta hərraclarında Dollar satışının yüksək olmasının səbəbi açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov 2021-ci ilin noyabr, dekabr və 2022-ci ilin yanvar ayında keçirilmiş valyuta hərraclarında satışların yüksək olmasının səbəbini açıqlayıb. Qeyd edək ki, bu müddətdə keçirilmiş hərracların bir çoxunda satış 100 milyon dollardan çox olub.

Marja-nın məlumatına görə, Elman Rüstəmov keçirdyi mətbuat konfransında bildirib ki, son aylar keçirilən hərraclarda valyutaya tələb artıb:

“Xarici valyutaya tələbin artması ilin sonunda büdcə xərlərinin artması və bununla əlaqədar olaraq dövriyyəyə daha çox vəsaitin daxil olması ilə əlaqədardır. Biz bunu gözləyirdik”.

Elman Rüstəmov əlavə edib ki, ötən hərracda (27 yanvarda keçirilib) tələb bir qədər azalıb: “Artıq əhali də 2022-ci ildə Manatın məzənnəsinin sabit qalacağını başa düşdüyündən nağd dollar alışını da azaldıb”.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2021-ci ilin dekabr ayı ərzində 853,9 milyon ABŞ dolları, 2021-ci ilin dekabr ayı ərzində 989,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb. 2022-ci ilin əvvəlindən bu yana keçirilmiş 7 valyuta hərracında banklara 726,9 milyon dollar satılıb. Qısası son 3 ayda 2 milyard 570 milyon dollar valyuta satılıb.

"Mərkəzi Bank valyuta bazarına alış yönündə müdaxilə edib"

Mərkəzi Bankın sədri qeyd edib ki, 2021-ci ildə keçirilmiş valyuta hərraclarının 70%-də təklif tələbi üstələyib. Mərkəzi Bank valyuta bazarına 245 milyon dollar məbləğində olmaqla alış yönündə müdaxilə edib.

28.01.2022 12:47
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18