Azərbaycanın ixracının 88%-i neft-qaz sektoruna daxil olan mallar üzrədir
2021-ci ildə Azərbaycanın ixracının statistik dəyəri 22 milyard 206 milyon 671 min dollar təşkil edib.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, neft-qaz sektoruna daxil olan mallar üzrə 19 milyard 493 milyon 277 min dollarlıq ixrac, neft-qaz sektoruna daxil olmayan mallar üzrə 2 milyard 713 milyon 394 min dollarlıq ixrac qeydə alınıb. İxracda neft-qaz sektoruna daxil olan malların xüsusi çəkisi 87.78%, neft-qaz sektoruna daxil olmayan malların xüsusi çəkisi isə 12.22% təşkil edib.
Neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın 13 milyard 218 milyon 936 min dollarını xam neft, 5 milyard 534 milyon 398 min dollarını isə təbii qaz ixracı təmin edib.
Neft-qaz sektoruna daxil olmayan mallar üzrə ixracın böyük hissəsini - 630 milyon 368 min dollarını meyvə-tərəvəz, 442 milyon 188 min dollarını plastmassa və onlardan hazırlanan məmulatlar, 245 milyon 433 min dollarını kimya sənayesi məhsulları, 210 milyon 919 min dollarını pambıq lifi, 188 milyon 529 min dollarını alüminium və ondan hazırlanan məmulatlar, 116 milyon 236 min dollarını qara metallar və onlardan hazırlanan məmulatlar ixracı təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
11 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi


















.jpg)



