“EVSAN” şirkəti “Sumqayıt Tikinti Xidmət” ASC-ni özəlləşdirdi
“Sumqayıt Tikinti Xidmət” ASC investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilibUzun müddət fəaliyyətini dayandırmış “Sumqayıt Tikinti Xidmət” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq, investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2 dekabr 2021-ci il tarixində Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 55A ünvanında yerləşən “Sumqayıt Tikinti Xidmət” ASC-nin nizamnamə kapitalının 99,91 faizini təşkil edən 129.799 səhminin satışı üzrə investisiya müsabiqəsi elan olunub.
Marja xəbər verir ki, 12 yanvar 2022-ci il tarixində müsabiqə komissiyasının iclası keçirilib və müsabiqə iştirakçılarının təqdim etdikləri təkliflərə baxıldıqdan sonra, komissiya tərəfindən açıq səsvermə yolu ilə “EVSAN” Məhdud Məsuliyyətli Cəmiyyəti investisiya müsabiqəsinin qalibi elan edilib.
Müsabiqənin qalibi ilə 26 yanvar 2022-ci il tarixində imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, investor dövlət büdcəsinə 1 milyon manat məbləğində pul vəsaitinin köçürülməsini, ümumi həcmi 1 milyon 510 min manat təşkil edən İnvestisiya Proqramının icrasını, müəssisənin dövlət büdcəsinə olan borclarının ödənilməsini, habelə digər sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini üzərinə götürüb.
İnvestisiya Proqramına görə, dəmir-beton zavodunun qurulması, tikintidə istifadə olunan dəmir-beton dirək, müxtəlif təyinatlı tirlər, su novları, döşəmə panelləri, fasad və hasar divarları kimi məmulatların istehsalının təşkili planlaşdırılır. Layihə çərçivəsində investor tərəfindən beton qarışdırıcı, montaj texnikasının, iri tonnajlı körpülü kran, dəzgah və avadanlıqların alınması nəzərdə tutulur.
İnvestor tərəfindən İnvestisiya Proqramının bir il ərzində icrası, 30-dan az olmamaqla, yeni iş yerlərinin yaradılması planlaşdırılır.
Müəssisənin yenidən qurulması və fəaliyyəti tikinti məmulatlarının istehsalına şərait yaratmaqla yanaşı, bu məhsullara olan tələbatın ödənilməsinə töhfə verəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)




.jpg)


