"Azərbaycannın Avropaya təhlükəsiz, sabit və sərfəli enerji təchizatını həyata kerçirmək səyləri davam edir"
Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Avropa İttifaqı Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun mətbuat üçün birgə bəyanatı.
Marja xəbər verir ki, bəyanatda deyilir:
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 4 fevral 2022-ci il tarixində Bakı şəhərində baş tutan səkkizinci iclasında uzunmüddətli enerji təhlükəsizliyi, təchizatın təhlükəsizliyi və yaşıl enerjiyə keçidlə bağlı ümumi hədəflər əsasında Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığı bir daha təsdiqlənib;
Biz Cənub Qaz Dəhlizinin tammiqyaslı ilk istismar ilinin uğurlu nəticəsini, həmçinin onun Azərbaycan Respublikasından Gürcüstan, Türkiyə və Avropa bazarlarına etibarlı, rəqabətliliyi və sərfəli enerji təchizatının təmin edilməsinə töhfəsini yüksək qiymətləndiririk. Altı ölkəni əhatə edən bu ötürmə sistemi enerji təchizatı və mənbələrinin şaxələndirilməsinə, o cümlədən bundan əvvəl təbii qaza çıxışı olmayan regionlara töhfə verir və həmin regionlarda kömürün istismardan çıxarılması prosesini sürətləndirə bilər;
Azərbaycan Respublikasının hökuməti Cənub Qaz Dəhlizinin əsas təşəbbüskarlarından biri kimi strateji rol oynamaq, eləcə də Avropaya təhlükəsiz, sabit və sərfəli enerji təchizatını həyata kerçirmək səylərini davam edir. Son dövrlərdə qaz qiymətlərinin qlobal səviyyədə artması təchizatın şaxələndirilməsinin zəruriliyini bir daha vurğuladı.
Biz Cənub Qaz Dəhlizinin yeni enerji bazarları, o cümlədən Qərbi Balkan dövlətləri istiqamətində genişləndirilməsi imkanlarının öyrənilməsində bütün maraqlı tərəflərin səylərini yüksək qiymətləndiririk. Növbəti addım olaraq Cənub Qaz Dəhlizinin gələcəkdə genişləndirilməsi imkanlarının reallaşdırılması zamanı yarana biləcək bütün kommersiya, ekoloji, texniki, normativ və iqlimlə bağlı məsələləri qiymətləndirmək vacibdir;
Cənub Qaz Dəhlizi layihəsinin səhmdarları bir sıra iqlim və dayanıqlı inkişaf təşəbbüslərinə, o cümlədən "Metan Rəhbər Prinsipləri" təşəbbüsünə imza atıblar. Cənub Qaz Dəhlizinin sonrakı istismarı tədricən müvafiq normativ çərçivələrə uyğun olaraq tərəflərin və sənayenin dayanıqlı inkişaf sahəsindəki ən yaxşı təcrübələrinin tətbiqinə əsaslanacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 saat əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti














.jpg)







.jpg)

