AgroTech Hackathon və AgroTech Workshop təşkil ediləcək
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Gəncədə SUP VC-nin təşkilatçılığı ilə fevralın 25-dən 27-dək AgroTech Hackathon və fevralın 25-də “AgroTech Workshop” təşkil ediləcəkdir. Kənd təsərrüfatı sahəsində ən yaxşı həll yolunu təqdim edən komanda qalib olacaq və iştirakçılar kənd təsərrüfatı sektorunun inkişafı üçün tətbiq edilən ən son texnologiyalarla tanış olacaqlar.
(®) “AgroTech Hackathon” kənd təsərrüfatı sektorundakı problemlər üçün innovativ həllərin tətbiq edilməsi, kənd təsərrüfatında texnologiyalar və innovasiyaların inteqrasiya edilməsi üçün nəzərdə tutulmuşdur. İştirakçılar bu əsas anlayışların kənd təsərrüfatında necə istifadə edildiyini öyrənməklə yanaşı, həm də təşkilata töhfə vermək üçün təcrübə və bacarıqlara yiyələnəcəklər
Kənd təsərrüfatı sektorunun inkişafına dəstək, prototiplərin yaradılması və innovativ texnologiyaların tətbiqi istiqamətində təşkil edilən Hackathon tədbiri 3 gün davam edəcəkdir. Tədbirdə tələbələr, tədqiqatçılar, dizaynerlər, sahibkarlar, şirkətlər və iş axtaranlar iştirak edə bilərlər. İştirakçılar kənd təsərrüfatında müxtəlif problemlərə innovativ həllər tətbiq etmək üçün komanda şəklində işləyəcəklər. Kənd təsərrüfatı sahəsində ən yaxşı həll yolunu təqdim edən komanda qalib olacaq.
"AgroTech Workshop" innovativ texnologiya, robototexnika və süni intellekt kimi texnoloji tendensiyaların kənd təsərrüfatı sahəsində tətbiqinin əhəmiyyətinə həsr olunmuş bir günlük tədbirdir. İştirakçılar kənd təsərrüfatı sektorunun inkişafı üçün tətbiq edilən ən son texnologiyalarla tanış olacaqlar.
Tədbiri maliyyələşdirilən USAID Özəl Sektorun İnkişafı Layihəsi (PSA) Azərbaycan iqtisadiyyatının dayanıqlığını gücləndirmək və əlverişli biznes mühitini yaxşılaşdırmaq məqsədilə birgə investisiyaların yatırılmasına və tərəfdaşlıqların qurulmasına şərait yaradan beşillik təşəbbüsdür. PSA özəl sektorun rəqabətliliyinin artırılması və qadınlara və gənclərə xüsusi diqqət yetirməklə Mikro, Kiçik və Orta Sahibkarlığın (MKOS) gücləndirilməsi istiqamətində fəaliyyət göstərir. Layihə, biznesə dəstək xidmətləri göstərməklə və MKOS-ların inkişafına mane olan inzibati maneələri aradan qaldırmaqla daha təhlükəsiz və dayanıqlı Azərbaycan iqtisadiyyatının inkişafına öz töhfəsini verir.
Tədbirin icraçısı SUP VC startapların böyüməsinə və beynəlxalq bazarlara çıxmasına kömək edən intensiv akselerator proqramdır. Üç aylıq proqram ərzində startaplar öz məhsullarını qurur və qlobal mühitdə tətbiq edilən müxtəlif təcrübələri öyrənirlər və proqram Demo Günü ilə yekunlaşır. SUP VC kapitala çıxış, mentorluq, müştərilərin cəlb edilməsi və məhsulun inkişafı ilə Azərbaycan startapları üçün əsas mühit olmaq niyyətindədir. Dünya üzrə onlarla mentorluq şəbəkəsi ilə SUP VC bilik, ən yaxşı beynəlxalq təcrübə və ideal sahibkarlıq imkanı təqdim edir.
Tədbirdə aşağıda linklərdən qeydiyyatdan keçərək iştirak edə bilərsiniz:
AgroTech Workshop: https://bit.ly/3Gw5LOm
AgroTech Hackathon: https://bit.ly/3gtoLSW
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
23 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
3 saat sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
32 d. əvvəl
Ekoloji həllər üçün vacib addım: Azərbaycanda ilk “WaterTech Bootcamp”
- 34 d. əvvəl
- 46 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2025-ci ilin ilk yarısı: zəifləyən qeyri-neft sektoru hansı siqnalları verir?
- 2 saat əvvəl
-
2 saat əvvəl
İngiltərə Mərkəzi Bankının faiz qərarı bazarların yönünü müəyyənləşdirəcək
- 3 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Sentyabrın 19-da gözlənilən hava şəraiti

Norveç Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"

Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub

Azərbaycan neftinin son qiyməti

Bakıda yeni “McDonald’s” restoranı - “Port Baku Mall”un qarşısında fəaliyyətə başladı - FOTOLAR

Gəncə və Göygöldəki restoranlarda yoxalama aparılır, nöqsanlar aşkar edilib - SİYAHI

Bakı Ağ Şəhərdəki bu obyektdə nə baş verir?

Rəsmi məzənnələr açıqlandı
