SOCAR: Anbarlarda 1,3 mlrd. kubmetrdən çox qaz var
Hazırda ötən mövsümdən qalıq qazla birlikdə yeraltı anbarlarda aktiv qazın miqdarı 1 milyard 334 milyon 994 min kubmetrdir.
“Marja” xəbər verir ki, bu barədə SOCAR-ın yaydığı məlumatda deyilir.
SOCAR tərəfindən ölkənin təbii qaza olan tələbatının davamlı təminatı və ixrac imkanlarının genişləndirilməsi məqsədi ilə yeraltı qaz anbarlarının aktiv tutumunun artırılması istiqamətində tədbirlər davam etdirilir, yeni qaz-basqı quyuları istismara verilir, mövcud quyularda təmir-bərpa işləri aparılır.
Bununla paralel olaraq, cari ilin aprel ayından ''Azneft'' İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsinin “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarına 2017-2018-ci il üzrə payız-qış mövsümü üçün təbii qazın vurulmasına başlanılmışdır.
Mövcud qrafikə uyğun olaraq, artıq iyunun 1-dək yeraltı qaz anbarlarına 547 milyon kubmetr həcmində “mavi yanacaq” vurulub. Bu həcmin 255,5 milyon kubmetri “Qaradağ”, 291,5 milyon kubmetri isə “Qalmaz” qaz anbarlarının payına düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 3 gün sonra
-
- 26 d. əvvəl
- 32 d. əvvəl
-
9 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 10 saat əvvəl
-
12 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
12 saat əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
-
12 saat əvvəl
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
12 saat əvvəl
Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır
-
12 saat əvvəl
Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
Ən çox oxunanlar
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
1 milyondan çox Azərbaycan vətəndaşı əsasən onlayn olmaqla xarici ölkələrdən 501 milyon dollarlıq şəxsi istifadə malları alıb































