ƏDV-ni “Kabinetim”də topla!
Azercell-in “Kabinetim” tətbiqində “ƏDV Geri Al” xidmətindən istifadə mümkün oldu
Abunəçilərinin rahatlığı üçün daha geniş imkanlar yaradan Azercell “Kabinetim” mobil tətbiqi vasitəsilə Azərbaycan telekom bazarında növbəti ilkə imza atdı! Belə ki, “Kabinetim” tətbiqinin istifadəçiləri artıq bu platformada “ƏDV Geri Al” xidmətindən də istifadə edə bilərlər.
“ƏDV Geri Al” xidməti “Kabinetim” tətbiqinin kənar menyusunda yer alır. Xidmətdən istifadə üçün hansısa xüsusi səhifəyə daxil olmağa ehtiyac yoxdur. İstifadəçilər sadəcə “Əlavələr” menyusundan QR düyməsinə sürətli çıxış əldə edərək alış-veriş qəbzlərini skan edib ƏDV-ni geri ala bilərlər.
“Kabinetim”in təqdim etdiyi bu yeniliyin əsas özəlliyi ondan ibarətdir ki, “Kabinetim” istifadəçiləri yeni xidmət sayəsində ƏDV balansını dərhal Azercell nömrəsinin balansına köçürməklə, bu mobil tətbiqin təklif etdiyi bütün ödənişli xidmətlərindən yararlana bilərlər.
Azercell şirkəti “ƏDV Geri Al” xidmətini ABB ilə birgə layihə çərçivəsində reallaşdırır. Tətbiq daxilində bu xidmətlə bağlı məlumatlandırma ani ekran (push) bildirişləri şəklində həyata keçirilir. “Kabinetim” istifadəçiləri həm də mobil tətbiqin onlayn çat bölməsində “ƏDV Geri Al” xidməti ilə bağlı bütün suallara cavab əldə edə biləcəklər.
“ƏDV Geri Al” xidməti Azərbaycanda pərakəndə ticarət və ya iaşə müəssisələrindən əldə edilmiş mallara görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizinin, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizinin geri qaytarılması layihəsidir.
Xatırladaq ki, bağlantını asanlaşdırmaqla abunəçilərinin həyatını daha da dolğun etməyi hədəfləyən Azercell “Kabinetim” xidməti üzərindən abunəçilərinə 24 saat ərzində nömrəyə onlayn nəzarət etmək imkanını yaradır. Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən “Kabinetim” tətbiqi vasitəsilə balansı artırmaq, tarif və internet paketlərini sifariş edib dəyişdirmək, bir çox xidmətləri aktiv və deaktiv etmək, onlayn çatda müştəri xidmətləri ilə dərhal əlaqə saxlamaq mümkündür. “Kabinetim” üzərindən Bookmate onlayn kitabxanasına, xarici dillər öyrənmək üçün Busuu proqramına, 200-dən çox kanala abunəlik verən NNTV, dünya üzrə 50 milyondan çox musiqi və minlərlə podkast bazası olan SberZvuk və digər tətbiqlərə qoşulmaq olar.
Həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan çoxfunksional "Kabinetim” tətbiqini App Store, PlayStore və ya Huawei AppGallery-dən ödənişsiz olaraq yükləmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
21 d. əvvəl
"Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoyub"
- 26 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Makron: Avropa Putinlə dialoqu bərpa etməlidir
Azərbaycan şirkəti müflis elan olunacaq
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
Ən çox oxunanlar
5-ci böyük bank qazancını bölüşdürməyə hazırlaşır
Rəsmi məzənnələr açıqlandı
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Amazon Web Services Azərbaycanda
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb











.jpg)







.jpg)
