“Mənə töhmət verilsəydi, bundan xəbərim olardı”
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayev özünün töhmət alması və Xidmətin şöbə müdiri Malik Əliyevin işdən çıxarılması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.
O, bu barədə bildirib: “Əgər mənə töhmət verilsəydi, bundan xəbərim olardı... İkinci əməkdaş isə artıq 7-8 gündür ki, məzuniyyətdədir. O yanvar ayının əvvəlində əməliyyat olunmuşdu. İlin əvvəlində iş çox olduğu üçün biz ondan xahiş etmişdik ki, işə qayıtsın. Gərginlik azalandan sonra o, məzuniyyətini davam etdirir”.
Xatırladaq ki, bu gün səhər saatlarında 4 yük maşını Heydər Əliyev prospektində yolu bağlamışdı. Sürücülər TIR-lardan birinin üzərinə “bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev! İcazə vərəqələrini verin. Məhsullar xarab olmaq üzrədir. Müflis olmuşuq!” ifadələrini yazıblar.
TIR-ların yolu bağlı saxlaması nəticəsində nəqliyyatın hərəkətində bir müddət böyük tıxac yaranıb. Sonradan Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yolda nəqliyyatın hərəkətini bərpa edib.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
REAL TV
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 32 d. əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb

























