Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Ötən il Manatın real effektiv məzənnəsi 12.4% bahalaşıb

Manatın real effektiv məzənnəsinin bahalaşması qeyri neft-qaz sektorunun rəqabət qabiliyyətinə mənfi təsir göstərən amillərdəndir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Ötən il Manatın real effektiv məzənnəsi 12.4% bahalaşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2021-ci il ərzində manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişmişdir. Belə ki, manatın məzənnəsi avroya, Türkiyə lirəsinə, Rusiya rubluna, funt-sterlinqə və Yaponiya yeninə qarşı bahalaşmış, İsveçrə frankına, Ukrayna qrivnasına və Gürcüstan larisinə qarşı ucuzlaşmışdır.

Marja xəbər verir ki, bu, Marja Mərkəzi Bankın 2021-ci ilin yanvar-dekabr ayları üzrə Pul Siyasəti icmalında bildirilir.

İcmalda qeyd edilib ki, ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir. Ümumilikdə, il ərzində manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 12.1%, real effektiv məzənnəsi isə 12.4% bahalaşmışdır.

Qeyd edilib ki, 2014-cü ilin sonu ilə müqayisədə REM 22.4% ucuzlaşmışdır. 2020-ci ilin sonunda, 2014-cü ilin sonu ilə müqayisədə REM 30.9% ucuz idi. 

Real effektiv məzənnəni hesablayarkən, manatın ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən nominal məzənnəsi və inflyasiya nəzərə alınır. Manatın real effektiv məzənnəsinin bahalaşması iqtisadiyyatın rəqabət qabiliyyətinə, ixraca mənfi təsir edir.

18.02.2022 15:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18

Ən çox oxunanlar