Elektromobillərin sayı 2 milyona çatıb
Dünya miqyasında elektromobillərin sayı, keçən il 2015-ci illə müqayisədə 60% artaraq 2 milyona çatıb.
"Marja" Beynəlxalq Enerji Agentliyinin "Qlobal Elektromobil 2017" hesabatına istinadən xəbər verir ki, dünyada elektrikli vasitə satışının artmasına hökumətlərin tətbiq etdiyi sərt ekoloji siyasətlər müsbət təsir edib.
Vasitə sayının artması ilə doldurma stansiyalarının sayı da artıb. Həmin dövrdə dünya miqyasında 2,3 milyon doldurma stansiyası istifadəyə verilib.
Elektromobil istifadəsinin genişlənməsi üçün doldurma stansiyası sayının daha da artırılması və vasitələrin batareya xərclərinin azaldılması planlaşdırılır.
Vasitə sayının 2020-ci ilə qədər 20 milyona, 2025-ci ilə qədər isə 70 milyona çıxa biləcəyi gözlənilir.
Ötən il dünyada ən çox elektrikli vasitə Çində satılıb. Ölkədə 2016-da 336 min elektrikli vasitə yola çıxıb. Çinin ardınca 159 min vasitə satışı ilə ABŞ və 50 min 180 avtomobil satışı ilə Norveç gəlib.
Beləliklə, ötən il dünya miqyasında elektrikli vasitə satışının 90%-i Çin, ABŞ və Avropa ölkələrində baş verib.
Ötən il ən çox elektromobil satılan ilk 10 ölkə:
|
| |
1 | Çin | 336 min |
2 | ABŞ | 159 min 616 |
3 | Norveç | 50 min 180 |
4 | Birləşmiş Krallıq | 37 min 912 |
5 | Fransa | 29 min 507 |
6 | Yaponiya | 24 min 851 |
7 | Almaniya | 24 min 612 |
8 | Hollandiya | 24 min 477 |
9 | İsveç | 13 min 415 |
10 | Kanada | 11 min 580 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 saat əvvəl
-
6 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
14 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN












.jpg)





